Puan vermedi·95 syf.··
2025 19. kitabı
"Ölmədən əvvəl ölənlər üçün kitab”        Sadıq Hidayət "Kor bayquş" İran ədəbiyyatının vəbası adlandırılır bu əsər. Görəsən , Freud bu əsəri oxusa idi, Yazarın düşüncələrinin , baş qəhrəmanının bu kafkaesk xarakterinin psixologiyasini necə dəyərləndirərdi. Kitabın adı belə çox ironik deyil sizcə...? Bayquş gecənin, hikmətin, gizlinlərin kənardan baxmağın simvoludur. Bu əsərdə isə bayquş kordur,  bir çoxları kimi... Bayquş gecə görür , bizim Bayquş isə kordur, öz daxili zülmətində hikməti görməyən insan kimi... Görürmüş kimi yaşayırıq, həqiqət nədir ?təbiki görmürük... Həyat özü başdan başa bir ironiya və paradoksdur onsuzda...   Xoşbəxtliyin genetikdirmi...? Yoxsa valideynlər gəzən ağacı, övladlar budaq-budaqmı gəzir...? Biz nə dərəcədə valideynlərimizin bədbəxt genetikasını üstümüzdən ata bilib, öz xoşbəxtliyimizi yaradıb, reallığımıza çevirə bilirik...? Sadiq Hidayətin qəhrəmanı 'araf'da idi, nə tam olaraq reallığa addım atdı , nə də xəyala... Bəlkədə elə bir çoxumuzda beləyik, sonuç olaraq ədəbiyyat real olana güzgü tutur Axx, sevgi bəşəriyyətin ən sirli hissi, həm zəhərli , həm xilaskar... Qəhrəmanımız kimi, bir çox insan üçün sevgini tapmaq həyata bağlanmaq yox, qaranlığa sürüklənməkdir... Qara sevda insanın  ruhunu, mənliyini "Bermud üçbucağı" kimi özünə çəkib, məhv edir... Bəzən isə sevgi həyatı dərk etməyin ən gözəl vasitəsidir... Sadıq Hidayət tənhalıq və mənasızlığı əzablı bir həqiqət kimi təqdim edir romanda. İnsan sosial varlıqdır, amma ən dərin mahiyyətdə kimsəsizdir... Sonsuz Kainatın boşluğunda yalnız "bir hissəcik" kimi var olmuşuq, başıboş, təsadüfi və heç kimə bağlı olmadan... Ax, nə çətindir bədəni yaşayıb, ruhu ölmək. Biz həqiqətən də yaşayırıq, ya sadəcə nəfəs alıb ölümü gözləyirik...? Sizdəmi "Kor bayquşun" rolunu ifa edirsiniz...? Ya korluqdan vaz keçib, Camusun "absurdluğunda" mənanı tapıb, Kierkegaardın uçurumuna atılmağa cəsarət edirsiniz? Bəlkədə həyat sadəcə bir oyundur,  gözləri bağlı oynadığımız...
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202636,7bin okunma
·
74 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.