Detektiv janr əsərlərini sevirəm. Məhz bunlardan biri də Elxan Elatlının “Xəyanət” əsəridir. Əslində Elxan Elatlıdan oxuduğum ilk əsərdir. Kitab çox axıcı, maraqlı və hətta oxuyanda belə həyəcan səni bürüyür. Bu əsər adından da göründüyü kimi xəyanətdən, xüsusilə dosta, ailəyə, həyat yoldaşına və əsasda Vətənə xəyanət edən obrazlarla qarşılaşdım.
Əsərdə belə bir cümlə ilə qarşılaşdım: “Səncə, insanlar niyə xəyanət edirlər?”
Əslində bu suala cavab tapmaq çətindir. İnsanlara güvənmək, insanları başa düşmək, anlamaq və tanımaq qeyri-mümkündür.
Bu əsər real həyatda baş verənləri və zəmanəyə uyğun hadisələrə əks etdirir. Mən deyərdim ki, əsl zəmanə kitabıdır. Bu kitabı şiddətlə tövsiyə edirəm.
Elhan ElatlıXəyanət