Bir Elatlı pərəstişkarı olaraq bu əsərdədə tüklərim biz-biz oldu. Artıq yazarın dəstxəttini bildiyim üçün bu kitabın sujet xəttini anlamaq çox rahat oldu. Sadəcə onu deyə bilərəm ki, bunu gələcəkdə olacaq övladlarımıda tətbiq edəcəm. Öz ovladınızı gözünüzdən kənar qətiyyən qoymayın, nəinki uşaq yaşlarda 20 li yaşlardada qorumaq nəzarətdə saxlamaq lazımdır.
Bir çox əsərlərində qadınları pis qələmə alsada bu əsərdə bir qadının qeyrətini və namusunu təmizləmək üçün özünü oda atmağı çox möhtəşəm vurğulanıb. Ümumən Elatlının əsərlərini oxuduqca dünyaya qarşı sanki daha tədbirli oluram.
Tövsiyyəm budur ki, gələcəkdə valideyn olacaq şəxslər övladlarınıza zaman ayırın...
Seçilmiş CəzaElhan Elatlı