“Basil Hallward, ben olduğumu sandığım kişidir; Lord Henry dünyanın ben sandığı kişidir; Dorian ise benim olmak istediğim kişidir, belki başka bir çağda…”
Uzun zaman sonra cəsarətimi toplayıb yazdığım bu incələməyə Oscar Wildeın sözləri ilə başlamaq istədim. Kitabı ilk oxuduğum zaman indiki qədər təsirlənməməyimə təəccüblənmirəm. Çünki, kitablar bizi doğru zamanda tapmalıymış. Və onları oxumaq üçün də həm daxili olğunluq, həm də yaşantıların gətirdiyi təcrübə lazımmış… Bunu anladım.
Əvvəlki incələmələrimdə olduğu kimi, burada da əsərin süjet xəttinə deyil, məhz mənim şəxsi düşüncələrimi göz önünə sərmək istəyirəm.
Oscar Wilde ’ın Dorian Gray'in Portresi yalnızca bir roman deyil, həm də Viktoriya dövrü İngiltərəsinin dar çərçivəli, basqıcı və qadağalarla dolu mühitinə yazılmış bir etirazdır. Yazar bütün həyatı boyu cəmiyyətin qınaq və tənqidlərinə məruz qalıb, sadəcə cinsi kimliyinə görə həbs cəzası almışdır. Yazdığı yeganə “kurgu” roman isə həyatına işıq tutmaq yerinə, onu daha da ağır bəlaların içinə sürüklədi. Halbuki o, əxlaq qəliblərinə sığmayan bir azadlıq arzusunun, öz həyatını öz iradəsi ilə yaşama istəyinin tərəfdarı idi.
“Ahlaklı kitap, ahlaksız kitap diye bir şey yoktur. İyi yazılmış kitaplar vardır, kötü yazılmış kitaplar vardır. Hepsi bu.”
Bu sözlərində olduğu kimi, Wilde’ın dünyaya baxışı da sərhədsiz idi. Onun üçün həyat, başqalarının hökm etdiyi əxlaqla deyil, insanın öz seçimləri və iradəsi ilə anlam qazanmalıydı.
"Yaşamımızı özgür irademizle, karar vererek yönlendiremiyoruz." (Syf:249)
" Bu dünyaya ahlaki değer yargılarımızla caka satalım diye gönderilmedik.
Ne vasat insanların sozlerini dinlerim, ne de güzellerin işine karışırım. " ( syf:86)
Əsərin qəhrəmanlarına gəldikdə, Basil, Lord Henry və Dorian mənə bir şəxsin üç müxtəlif tərəfini xatırladır. Basil – aydınlıq, saflıq və dürüstlüyü; Lord Henry – qaranlıq, hedonizm və nihilizmi; Dorian isə hər küləyin istiqamətinə sürüklənən bir çərpələngi xatırladan, zəif və olgunlaşmamış bir ruhu təmsil edir.
“Cennet de cehennem de içimizde, Basil.” (Syf. 180)
Əsərdə Lord Henry romanın ən güclü manipulyatorudur. O, dərin və zərif ifadələri ilə Dorianı asanlıqla təsiri altına alır. Onun nitqləri, cümlələri çox zaman bizi belə heyrətləndirir, düşündürür, hətta razı salır. Məhz bu səbəbdən də, Henry yalnız Dorian üçün deyil, oxucu üçün də cazibədar bir “antıqəhrəman” olur.
“Bunu gece günlüğüme yazacağım”
“Neyi?”
“Ateşten yananın ateşe doymadığını.”
Əsərin əsas simvolu isə şübhəsiz ki, portretdir. Tablonun Dorianın ruhunu və vicdanını təmsil etməsi, mücərrədin konkretləşdirilməsi, romanı yalnız kurgusal deyil, fəlsəfi səviyyəyə də yüksəldir.
“Portre onun vicdanı olmuştu sanki. Evet, vicdandı bu! Onu yok edecekti.” (Syf. 257)
Romanda xüsusi yer tutan Sibyl Vane obrazı isə mənə Hamletin Ofeliasını xatırladır. Saflığın, təmiz sevginin və varlığını sevgi ilə tamamlama arzusunun cisimləşmiş halı olaraq qarşımıza çıxır.
“Kadınlar bize vermedikleri şeyleri istemezler bizden. Kadınlar yüreğimize sevgi tohumu ekip bize sevmeyi öğretir. Karşılığında bizden sevgi istemek de haklarıdır.”
Əsərin ən vacib mesajlarından biri isə gözəllik anlayışı üzərində qurulub. Wilde göstərir ki, mükəmməl görünüşə sahib olmaq insanın ruhunu paklamır. Cisim gözəlliyinin arxasında çürümüş bir ruh gizlənə bilər. Əsl gözəllik isə ruhun saf və azad qalmasındadır. Bu mesaj bu günümüz üçün də olduqca aktualdır, çünki hələ də gözəlliyə duyulan heyranlıq, ruha duyulandan qat-qat güclüdür.
Dorian Gray'in Portresi mənim üçün yalnız bir roman deyil, həm də insanın iç dünyasında gizlənən əxlaq, azadlıq və ehtiras mübarizəsinin bədii güzgüsüdür sanki. Və o mükəmməl sonluq…
Oysa herkes öldürür sevdiğini,
Kulak verin bu dediklerime,
Kimi bir bakışıyla yapar bunu,
Kimi dalkavukça sözlerle…
Korkaklar öpücükle öldürür...
Yürekliler kılıç darbeleriyle.
Kimi gençken öldürür sevdiğini,
Kimi yaşlıyken.
Şehvetli ellerle boğar kimi,
Kimi altından ellerle.
Merhametli kişi bıçak kullanır,
Çünkü bıçakla ölen çabuk soğur.
Kimi yeterince sevmez,
Kimi fazla sever.
( Reading Zindanı BaladıOscar Wilde )
Xoş mütaliələr :)
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202399,1bin okunma