Puan vermedi·93 syf.····Okunma: 06 Eylül 2025 00:00 Bu əsərdə İrene adlı xanımın yoldaşını aldatması və bunun nəticəsində yaşadığı qorxu hissi təsvir olunur. O, pianoçunu sevmirdi və 8 illik evliliklərinə baxmayaraq, əslində yoldaşını yaxından tanımırdı.
İrene hər şeyə sahib idi: ailəsi, uşaqları, xoşbəxt həyatı… Amma buna baxmayaraq etdiyi seçimlə böyük bir səhv etmişdi. Bu səhv onun həyatını kökündən dəyişdirəcək qorxunu doğurdu. İrene qurduğu həyatı itirmək istəmirdi, amma eyni zamanda nə istədiyini də bilən biri deyildi.
Ümumilikdə, yazıçının qələmindən oxuduğum dördüncü kitab idi və maraqlı təsir bağışladı.