·200 syf.··Beğendi
···Okunma: 11 Eylül 2025 17:51 ~Vorkuta Əkizləri
●Əsər Viktor İvanovun elədiyi hərəkətinə görə Vorkutaya sürgün olunmasıla başlayır. Gəldiyi ilk gündən cinayətlər başlayır, hadisənin izinə düşməyəy başlayan Viktor bu zaman Mixailovla dost olur. Lakin Maksimim atasını kimin öldürdüyü hələ də aşkara çıxmır, axtarışlar heç bir nəticə vermir. Mixailov Viktorun əslində gəldiyi gündən sonra başlayan bu cinayətlərin səbəbini bilir, amma hələ gözləməli olduğunu bilir. Bir müddət sonra yenidən cinayət hadisəsi baş verir, amma cinayətkar hələ də tapılmır...
Əslində hər şey personajın qurduğu oyundu, amma siz bunu ancaq kitabın sonuna çatanda anlayacaqsız, əslində o heç öz adınında sahibi deyil, kimd o? Bax bunh kitabı oxuyandan sonra biləcəksiz...
Qatil kim idi? Cinayətlərin səbəbi nə idi? Vorkuta niyə mədənlər şəhəri adlanırdı? Viktor niyə Vorkutaya gəldi? Suallarınıza cavab tapacaqsız...
Kitab sizə " Sİçanlar və adamlar " kitabını xatırlada bilər..