Gönderi

8/10
·200 syf.··
2025 91. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Eylül 2025 12:05
" Millətini sev, millətini tanı, onun dərdini duy, onun üçün yaşa" - #y:162703 Bu sözlər onun yaradıcılığının əsas ruhunu ifadə edir: xalqını tanımaq, ona xidmət etmək və milli şüuru yüksəltmək. Abdulla Şaiqin " Araz" romanı Azərbaycan ədəbiyyatında milli azadlıq, istiqlal və vətənpərvərlik ideyalarının parlaq bədii ifadələrindən biridir. Bu roman elə bir tarixi dövrü əhatə edir ki, həm tarixi, həm də bədii baxımdan A. Şaiqin yaradıcılığında mühüm yer tutur. Əsərin adından düşünmüşdüm ki, burada Cənubi Azərbaycan həsrəti, ikiyə bölünmüş torpaq nisgilindən söz açılacaq. Lakin əsərdəki Araz coğrafi məkan deyil, bir insandır, həm də yoxsulluq içində yaşayıb, nə qədər çalışsa da, əməyinin qarşılığını ala bilməyən minlərlə insanın duyulan səsidir. Əsərdə Arazın həyat yoldaşı ilə münasibəti, hər mübarizədən sonra Günəşin onu ayağa qaldırıb gələcək mübarizələrə hazırlaması, bir-birlərinin uğruna canlarından keçəcək dostların paralelində varlı olduğu üçün hər kəsi aşağılayan, dost dediyi insanların güvəninə xəyanət edən insanları da görürük. Müəllif bildirmək istəyir ki, milli azadlıq mübarizəsində xalq yalnız birlikdə güclüdür.
ArazAbdulla Şaiq · Gənclik Nəşriyyatı · 19698 okunma
·
40 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.