Uzun müddətdən sonra.
Puan vermedi·208 syf.··
2025 5. kitabı
·
30 saatte okudu
·
Okunma: 18 Eylül 2025 15:05
Əvvəla gənc yazarımızın təşəbbüsünə, əziyyətinə və ərsəyə gətirdiyi kitaba görə təbrik edirəm. Çox gözəl və təqdirə layiq bir addım atıb. Kitabla bağlı ümumi təəssüratlarım yaxşıdır. Ən azından E.Elatlının detektivindən maraqlı gəldi mənə ))seri şəklində davam edəcək kitab olduğunu bilmirdim. əsslində bilsəydim çox gümanki oxumuyacaqdım(şəxsi istəyimdir, sevmirəm seri şəklində olan kitabları). Lakin *mənə* görə mövzuların uzun-uzun olması sıxıcı idi bəzi hallarda səhifələri keçirdim. Ümumi olaraq ən çox toxunulmuş məqamlar hal hazırda Azərbaycan Təhsilində baş verənlərlə 100-100 eynidir. Müəllim-şagird münasibəti, aidiyyəti orqanların məsələyə ciddi yanaşmaması, uşaqların bu yaşlarda uşaq olduğunu unudub, bütün saf hissləri məhv edib ehtiras sevgi və macəra beynində yaşaması. Maraqlı idi istərdimki gündəlik məişət məsələlərinin uzadıldığı mətnlər yerinə psixoloji və ya hər hansısa başqa mövzular haqqında yeni hər hansısa məlumatlarıın ötürülməsi. (R.Abdullaoğlunun detektiv kitabları bunun üçün mükəmməl nümunədir, Uraqanın əsərlərindədə həmçinin öyrədici funksiyasını yerinə yetirdiyi məqamlar çox olur)
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024165 okunma
··
245 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.