İnsanlıq Tarixi kimi Tənhalıq...
Qabriel Qarcia Marquez "Yüz İlin Tənhalığı "
Yadlıq yüzilliyində Markesin "Yüz ilin tənhalığı "kitabını oxumaq məni daha da yadlaşdırdı...
Yadlaşdıqca özümə yaxınlaşır, yaxınlaşdıqca daha da uzaq düşürəm...
Ədəbiyyat real olana güzgü tutur...
O zaman məndə yenə eyni düşüncələr yarandı, xoşbəxtlik genetikdirmi...?!
Valideynlərin gəzdiyi bədbəxtlik ağacını ,övladlar budaq-budaqmı gəzir...?!
Axı onların paralel ehtimallar içərisindən xoşbəxtlik ehtimalını seçmək imkanları vardı...
Görəsən, Freud və Jung . Buendia ailəsinin psixoanalizini necə çıxarardı...?!
Freud çox güman sevərdi bu ailəni)))
Əgər bir nəsil yüzillik tənhalığa məhkum olubsa, həyat ikinci şansı vermir...
İnsan təkcə fərd olaraq deyil, toplum olaraq da tənhadır...
Hər xalq, hər mədəniyyət, hər nəsil öz dairəsinə qapanır və təkrarların içərisində boğulur...
Təkrarlanan səhvlər, ehtiraslar ,adlar ,iztirablar əsrlər boyu davam edən tənhalıq öz tariximizdir...
Əsər magik-realizm janrında olsada Markes uşaqlıqdan şahid olduğu hadisələr və yerləri fərqli təsvir edib...
Reallıq olsada, əsərdə reallığa uymayan hadisələr var təbiki...
Əslində biz də gündəlik həyatımızda “magik realizm” yaşayırıq – reallığın içində izah olunmayan anlar, təsadüflər, anlaşılmaz dövrlər var.
Əsər günümüz reallığını əks etdirir, əslində hər insanın qaldıracağı əsər deyil...
Marquezin Genesis (yaradılış kitabına)ə cavabı...
Yalnızlıqla imtahana çəkilən, bu yalnızlığın içində bir-birlərinə sığınan bir nəslin timsalında bütün bir bəşəriyyətin keçirdiyi hiss və həyəcanları, insani duyğuları, təcrübələri, sevinc və kədər anlarını bibliya və zəngin latın amerikası mifologiyası qazanında əridərək bizə alternativ bir insanlıq tarixi olaraq təqdim edən Marquezin özü "omniscient point of view-ilahi baxışa sahib, hərşeyi bilən" heyakəçi olaraq romanda iştirak edir...
Melquíades, yəni Marquez yazarın cameosu olaraq qarşımıza çıxır...
Cameo terminini kino terminologiyasından aldım...
Kinoda bunu sevən başda Hitchcock, Tarantino kimi rejissorların olduğu bizlərə məlumdur...
Ədəbiyyatda da bu texnikadan örtük və ya açıq şəkildə istifadə edən yazarlar var...
Bunun ilk və ən kamil nümunələrindən biri Joyce'un Ulysses'in də "Makintoş Geymiş Adam" olaraq dignamın cənazəsində Leopold Bloom'un qarşısına çıxır və gün boyu onu sanki təqib edir...
Daha sonra Stephen King məşhur "The Dark Tower' roman seriyalarında özü yazar obrazında iştirak edir və.s...
Marquezin istifadə etdiyi texnika, Melquíades’in kriptik kəhanətləri də romanın üslubuna və bədii quruluşuna tamamilə uyğun olduğu üçün bu texnikanın mükəmməl nümunələrindən biri hesab oluna bilər...
Kitabın eyni adlı serialı çəkilib ,istəyən olsa baxsın, maraqlı çəkilib serial.