Gönderi

Puan vermedi·240 syf.··
2025 146. kitabı
Sizlərə bir romandan bəhs edəcəyəm. Həmin o əsəri oxuyanda qayıdacaqsınız 2020-ci il 44 günlük müharibə dövrünə. Romandakı hər sətri oxuduqca, sanki o günlər yenidən gözünüzün qabağına gələcək. O vaxt yaşadığınız hissləri yenidən yaşayacaqsınız. Bəli, bu roman “Azadlıq yollarında” romanıdır. Rəna Təbəssümün “Azadlıq yollarında” kitabı sadəcə oxunacaq bir əsər deyil, həm də yaşanacaq bir duyğudur. Kitabda xalqın azadlıq mübarizəsi, insanın öz daxili azadlıq axtarışları qələmə alınıb. Sətirlər arasında həm qəhrəmanlıq, həm vətən sevgisi, həm də şəhidlərin müqəddəs xatirəsi yaşayır. Rəna Təbəssüm obrazların dili ilə bizlərə ümid, inam, vətənə sevgi, azadlıq uğrunda mübarizə kimi hissləri aşılayır. Bizə göstərir ki, vətənin azadlığını qorumaq hər bir nəsil üçün müqəddəs borcdur. Əsəri oxuyarkən bir tərəfdən o günlərin hiss-həyəcanını, ağrı-acısını, digər tərəfdən də gələcəyə inamla baxmağı öyrənirsən. Və ən əsası da şəhidlərimiz azadlıq yolunda necə canından keçdiyini bir daha dərin hisslərlə anlayırsan.
Edebiyat
Azadlıq YollarındaRəna Təbəssüm · Azəri Poliqrafiya · 20251 okunma
·
25 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.