"... gah elektrik lampasının parlaq işığ, gah da neft lampasının titrək işartısı..
Qonsu evin işıqları sönmürdü".
Cəmilə Məmmədlinin " Qonşu evin işıqları" əsəri müasir Azərbaycan hekayəçiliyində psixoloji dərinliyi və nostalji duyğusu ilə seçilən nümünədir. Əsərdə müxtəlif hekayələr və bir povest yer almışdır. Hansı ki təhlilim daha çox bu povestə əsaslanır, elə kitaba da adını verən " Qonşu evin işıqları" povesti
Əsər iki uşağın bir- birinə dostluq meylindən söz açır. Əsərin əsas qəhramanının dilindən danışılan bu hekayədə biz onun uşaqlığına, itirilmiş məsumluğuna həmçinin tənha bir insanın daxili dünyası və xatirələri ilə üz- üzə qalmasına şahid oluruq. Əsərin baş qəhrəmanı anası və nənəsi ilə yaşayan çox sərt bir ailə mühitində böyüyən bir qızdır, hansı ki kənd yerində onlara gülmək belə haram sayılır. Birdə digər tərəfdən onunla yaşıd Ləman var , Ləman tam da onun istədiyi həyatı yaşayan bir qızdı. Əsərdə xüsusilə Ləmanın anası " Dilarə xala" dan söhbət açılır əslində bütün qohum qonşu onu əxlaqsız adlandırsa da, biz bir uşağın gözü ilə görüb bu qadının mehribanlığına, xoş nəvazişinə və gülər üzünə aşıq oluruq. Əsər elə bir zaman və məkanda baş verir ki, qızlar 9 illik təhsildən sonrakı təhsilin var olduğundan oxuyub hərhansısa bir peşəyə sahib ola biləcəklərindən xəbərsizdirlər. Əsər qısa olmasına baxmayaraq dövr üçün və bizim üçün o qədər əhəmiyyətli məsələlərə çox incə detallarla toxunur ki... bu iki qızın dostluğu hətta sadəcə danışması belə insanlara faciə kimi gəlir halbuki Ləmanın da əsas obrazında burada bir günahı yoxdur.
Əsərdə xüsusilə diqqət çəkən bir obrazda atadır. Qızın illərlə görmədiyi döndükdən sonra da heç cür bağ qura bilmədiyi ata.. heç ata da bağ qurmağa meyl göstərmir doğurdan da" gözdən iraq olan könüldən də iraq olar" fikri keçdi