Bu günə kimi bir çox ütopik və distopik dünya ilə tanış olmuşam. Tolkiendən başqa heç kəsin qurduğu dünya məni heyran etməmişdi. İndi isə tam fərqli bir şəxsiyyət kəşf etmişəm. Frank Herbert.
Yazar, jurnalist, redaktor, fotoqraf, müəllim, sseanri müəllifi kimi fəaliyyət göstərmişdir. Eyni zamanda ekolojoi məsələlərlə, siyasi və beynəlxalq münasibətlərlə də maraqlanıb. Öyrəndiyi bütün sahələri romanına yansıda bilib. Xüsusəndə siyasət mövzusunu.
O müxtəlif dövrlərdə Ərəb ölkələrnə səyahət etmişdir. Həmin ölkələrdə olarkən geniş araşdırma aparmışdır. Oranın ekologiyasını (Əsas səhra və oranın fauna və florasını), xalqlarını və mədəniyyətini öyrənmişdir. Öyrəndiklərini romanda usatlıqla obrazların, xalqların gözündən, dilindən yansıtmağı bacarmışdır.
Dune 1965-ci ildə yazılsa da bu günkü insanın belə ağlına gəlməyəcək qurğudur. Kitabda çox maraqlı siyasi və dini gedişlər var. Xüsusən neft və Şərqdə din siyasətini yazar dərindən göstərib.
Bədəviləri təmsil edən Fremenlərin din və dini lider üçün kor-koranə hər şeyi edə biləcəklərini çılpaqlığı ilə göstərib.
Bir səhnə məndə dərin iz qoydu. Sığınacağa hücum edilir, qadınlar uşaqlarını diqqət dağıtmaları üçün düşmən əsgərlərinin üzərinə atır. Bunun kimi bir çox səhnələrlə dinin və xilaskar liderin necə təhlükəli silah olduğunu izah etməyə çalışır. Onun dili ilə desək: Din ilə siyasət eyni maşını sürürsə, əgər sürücü sağ olan müqəddəs şəxsdirsə qarşılarında heç nə dayana bilməz. Ümumi olaraq romanı bəyəndim. Əsərdəki tək mənfi şey təsvirlərin zəifliyiydi.