Kəndin aynasında cəmiyyət
İsmayıl Şıxlı "Ölən dünyam"
Azərbaycan ədəbiyyatının incilərindən biri olan bu əsəri hər bir azərbaycanlı oxumalıdır...
Əsərin adında belə paradoks vardır...
Dünya yaşayır , ölən bizim içimizdəki saf duyğular, namusun, qeyrətin, mərdliyin doğru anlamı, itirdiyimiz yaddaşdır. Ölən geridə qoyduğumuz keçmişimizdir...
Yazıçı incədən-incəyə namus-qeyrət məsələlərinə toxunmuşdur, namusun cinsiyyəti olmur...!
Yazıçı kəndin aynasında cəmiyyətin milli-mənəvi portretini çəkir. Kənd dəyərlərin qorunduğu bir məkandır, eyni zamanda isə çox absurd düşüncələr, kor adətlər, qadın -kişi bərabərsizliyi də vardır...
Əsər bizi düşüncələr aləmində səyahətə aparacaq. Nələri itirmişik, nələri geridə qoymaqda haqlı imişik...
Gəncə və ətrafında baş verən tarixi hadisələrə toxunub İsmayıl bəy, yenilikçi, savadlı ,ziyalı xalqını sevib-düşünən insanların içimizdəki xainlər vasitəsilə Sovet hökuməti tərəfindən məhv edilməsi acı həqiqətdir və qəlbimizdə qabıq bağlamış yaraları yenidən açır...
Bu itkilərin yeri doldura bildikmi...?! məncə heç vaxt doldurulmayacaq...!
Keçmişin dərsləri, gələcəyə işıq tutmalıdır, amma yaşadığımız indiki zamana baxanda düşünürəm ki, işıq gələcəyi aydınlatmayıb.
Axı kim qırdı bu xalqın əzmini, hardadır əsl kişilik nümunələri, hardadır o mərd qadınlar...?!
İndiki cəmiyyətimiz İsmayıl bəyin dili ilə desək axtalanıb..
Əsərdə qadınların məruz qaldığı davranışlar mənasız gəldi, xüsusilə qaynata və qaynana obrazlarının sərtliyi. Böyüklərin təkidi ilə cavanların öz həyatını məhv etməsi, səs çıxara bilməməsi.
Həmçinin Azərbaycan qadının sarsılmaz iradəsini, mərdliyini çox gözəl təsvir edib İsmayıl bəy.
"Ölən dünyam " yanlız bir kəndin yox olması deyil, milli-mənəvi dəyərlərin qorunması, öz mənəvi köklərimiz ilə dərin bağlılığın vacibliyini vurğulayan əvəzsiz bir əsərdir...