Gönderi

İşə deyin ki, namaz vaxtıdır!
Namaz onun bütün fəaliyyətlərinin mərkəzində dururdu. Ən çətin şəraitdə də namazını ilk vaxtda qılırdı. Daha çox məscidə gedib camaat namazında iştirak edir, digərlərini də buna dəvət edirdi. O, İmam Əlinin (ə) buyurduğu bu hədisin real nümunəsi idi: Məscidə gedib-gələn adam aşağıdakı faydaları götürər: Allah yolunda yoldaşlıq edən qardaş qazanar, elm öyrənər, Allahın rəhməti onu gözləyər, fəlakətdən qurtarar nəsihət eşidər, hidayətinə və günahdan uzaqlaşmasına səbəb olan söz dinləyər. İbrahim hətta inqilabdan öncə sübh namazlarını məsciddə cəm halda qılırdı. Onun rəftarı bizə Şəhid Rəcainin məşhur cümləsini xatırladırdı: Namaza işim var deməyin, işə deyin ki, namaz vaxtıdır. Məzarsız pəhləvan Şəhid İbrahim Hadi...
·
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.