Puan vermedi·428 syf.··
2025 14. kitabı
Salam. Vulf Dornun "Psixiatr" əsəri haqqında gəlin bir az danışaq. İlk öncə onu qeyd edim ki, əsər triller janrındadır və süjetin dinamikliyi oxucunu daim növbəti səhifəyə aparır. Əsas məzmun və süjet xətti Əsərin qəhrəmanı gənc psixiatr Ellen Rothdur. O, klinikada işləyərkən qorxu içində olan bir qadın pasiyentlə qarşılaşır. Bu qadın ona “Qara adam” adlı bir şəxsdən danışır və “O, məni tapacaq” deyərək Ellendən onu qorumasını istəyir. Qısa müddət sonra qadın müəmmalı şəkildə yoxa çıxır və hadisələrin gedişatı Ellenin kabusuna çevilir. Hadisələr irəlilədikcə Ellen həm öz şüurunun sərhədlərini, həm də ətrafdakı insanların gizli tərəflərini kəşf edir. Burada oxucu daim bir sual qarşısında qalır: “Həqiqət nədir, xəyal nədir?” İnsan zehnində gizlənən qorxular bəzən ən böyük düşmənimizə çevrilə bilər. O qorxulardan tezliklə qurtulmağı bacarmaq lazımdır. “Psixiatr” insan psixikasının zəifliklərini, qaranlıq tərəflərini və travmaların insan həyatını necə idarə edə biləcəyini göstərən bir əsərdir. Əsəri oxuyarkən həm qorxu, həm də maraq qarışıq hisslər insanda tüğyan edir. Bu kitabı xüsusən də psixologiya ilə maraqlananlar və gərginliyi yüksək olan əsərləri sevənlər üçün tövsiyə edirəm. Özüm isə əsərə heyran qaldım
PsixiatrWulf Dorn · Yay Neşriyat · 201811,5bin okunma
·
60 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.