Bütün ömrü uzunu
Kitablarla yaşayan,
Kitab duyğularını ürəyində daşıyan
Adamlar kövrək olur.
Bir bulut ötməsindən göylər kimi tutulur.
Əgər onun qəlbində bircə telə toxunsan
İstər bilmədən, istər bilə-bilə toxunsan
Onun bütün vücudu titrəyər yarpaq kimi.
Qəlbində yellər əsər xəzan vurmuş bağ kimi.