Puan vermedi·512 syf.····Okunma: 01 Ekim 2025 21:06 Kitabı bitirməyimə çox az qalıb. Amma bu kitab haqqında fikrim, kitab bitəndə bir möcüzə yaşanmasa təbii, eyni olacaq deyə fikirləşirəm. Həmişə buna inanmışam ki başqalarında nəyisə mütləq güdən insanlarda o güddüyü keyfiyyət həmişə səthi olur və ya ümumiyyətlə heç olmur. Cahandar Ağa və onun davranışları da bu fikri təsdiqlədi. Birdə ki, o dövrdə də qadın olmanın çətinlikləri bir daha şillə kimi özünü xatırlatdı. Kitabda təhsilin vacibliyi əsasında edilən fəalliyətlər və cəhdlər ən gözəl məqamlar idi. Çox istəyirdim bu kitabı oxuyum. Azərbaycan ədəbiyyatının çox gözəl və vurucu olduğunu bir daha anladım...