"Bir kitab ki, bizi digər kitabların təsirindən çıxara bilmirsə, onun nəyi yaxşıdır?" Yazıçı iddialı bir fikir irəli sürür və bu fikrini olduqca əsaslı şəkildə sübuta yetirir- qələminin məharəti ilə
Bir tərəfdə real faktlar, hər biri tarixə iz qoymuş güclü şəxsiyyətlər( Firidrix Nitsşe, Jozef Breyer, Ziqmund Freyd), onların kəsişən yolları, (və əslində heç qarşılaşmamış olmaları), digər tərəfdə yazıçının qeyri-real toxunuşları, faktlara əsaslanan ancaq həm də real olmayan hadisələr, möhtəşəm dialoqlar, psixoloji şərhlər, hipnoz, psixoanalitikin ilk nümunələri...
Mütləq oxunacaqlar siyahısına əlavə edilməli, xüsusilə psixologiya və fəlsəfyə maraq varsa.
Əgər elədirsə birdə görəcən ki, mənim kimi psixoloji epizodları unutduqca yenidən xatırlayım deyə bilməm neçənci dəfədi oxuyursan (Bu dəfə öz dilimizə tərcüməsini yoxlamaq isdədim, deməzdim pisdi ama türk dilinin özünəməxsus tərcümə qabiliyəti danılmazdır, bəs siz hansı dilə tərcüməsini bəyənmisiz?)