·162 syf.····Okunma: 02 Ekim 2025 13:00 Ernest Hemingway-in “Qoca və Dəniz” əsəri sadə süjetə malik olsa da, dərin mənaları ilə oxucunu düşündürən bir əsərdir. Kitabın mərkəzində yaşlı balıqçı Santyaqo dayanır. O, uzun müddət uğursuz ov günlərindən sonra böyük bir qılınc balığı ilə mübarizəyə girir. Bu mübarizə sadəcə bir ov deyil, insanın həyat, tənhalıq, təbiət və taleylə apardığı mübarizənin rəmzidir.