Puan vermedi·400 syf.··
2025 19. kitabı
·
8 günde okudu
·
Okunma: 05 Ekim 2025 19:50
El Kızı ilk baxışda sadə və asan oxunan, amma dərinliyində asiri ağır bir yük daşıyan romandır. Yalnız bir ailənin hekayəsini yox, həm də kiçik bir cəsarətin və ya səssizliyin bütün bir həyatı necə dəyişdirə biləcəyini görürük. Romanda mənim diqqətimi çəkən ən vacib məsələ xarakterlərin yetkinləşmə yoludur. Xüsusilə qadın obrazlarının cəmiyyət tərəfindən onlara biçilən rollarla, öz şəxsi cəsarətsizlikləri arasında sıxışıb qalması əsərin əsas dramatik gərginliyini yaradır. Oxuduqca gərginlik hiss etdiyim anlar oldu, qıcıqlandığım, çox düşündüyüm, ağladığım hissələr oldu. Atılmayan hər kiçik və yaxud böyük addım çox toxundu. Hekayə sonlara yaxın ana–övlad bağı üzərindən ən güclü emosional nöqtəsinə çatır. Oxunması asan, amma həzm olunması çətin olan bu roman həyatın içindəndir və oxuduqca əsəbləriniz maksimum gərilə bilər.
El KızıOrhan Kemal · Everest Yayınları · 202615,4bin okunma
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.