Gönderi

Puan vermedi·316 syf.··
2025 11. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Ekim 2025 22:01
Əsəri bitirdikdən sonra içim o qədər neqativ hisslərlə doldu ki... İnsan həqiqətən də cəmiyyətin qurbanı olurmuş. Təhminə və Zaur da o qurbanlardan idi. Normalda sevgi romanlarını çox sevmirəm — bəlkə də bu, sevgi hissinin varlığına olan inancımın zəifliyindəndir. Amma bu roman məni içdən sarsıtdı. Əsərdə həm Zaurun, həm də Təhminənin davranışlarında haqlı tərəflər gördüm. Hər ikisinin də səhvləri var idi. Məsələn, Təhminə Spartakın xarakterini və etdiklərini bildiyi halda, ondan müəyyən mənada öz çıxarları üçün istifadə edirdi. Zaur isə öz şəxsiyyətini tam formalaşdıra bilmədi, bu da onun faciəsinin əsas səbəblərindən biri oldu.
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,849 okunma
·
175 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.