Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

və ya Beşmərtəbəli Evin Altıncı Mərtəbəsi

Təhminə və Zaur

Anar Rzayev
Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. “Təhminə və Zaur” və ya “Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi... Azərbaycan Xalq yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakıda anadan olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Yazıçının ən məşhur əsərlərindən biri “Beşmərtəbəli evin altıncı mərtəbəsi”dir. Bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilmişdir.
Yazar:
Anar Rzayev
Anar Rzayev
Tahmini Okuma Süresi: 8 sa. 57 dk.Sayfa Sayısı: 316Basım Tarihi: 2019Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 2001090714639Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
316 syf.
·
Puan vermedi
·
7 günde okudu
Zaur altıncı mərtəbəyə qalxmaq üçün istifadə etdiyi nərdivanı tullamağı unutdu. Elə faciəsi də bunda idi Zaurun... Zaur, bəlkə də, o mühitin stereotiplərlə dolu olan girdabından yaxasını qurtara bilən tək-tük insanlarından idi, amma nə edək, ayağı sürüşdü, yıxıldı, gəldiyi yerə qayıtdı... Bu kitab “başqalarının fikirlərinə önəm vermə, öz
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
Reklam
316 syf.
10/10 puan verdi
·
6 günde okudu
Araz üstə, buz üstə, Kabab yanar köz üstə. Qoy məni öldürsünlər Bir alagöz qız üstə... Eh, Təhminə, Təhminə... Bir ömür unutmayacam səni. Əsəri oxuduqca görürük ki, bizim cəmiyyət öz sözünü deyə bilməyən, həyatının iplərini ailəsinin əllərinə buraxan, səsinin heç kəs tərəfindən eşidilmədiyi, danışanda qızaran Firəngizləri, öz ayaqları üstündə
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
316 syf.
10/10 puan verdi
Təsirli, bir o qədər də düşündürücü əsərdir. Təhminə və Zaurun mümkünsüz, acınacaqlı sevgi hekayəsi... Bu elə bir əsərdir ki, nə qınaya bilirsən, nə haqq qazandıra bilirsən bu iki gəncə. Təhminəyə təkcə evli ola-ola Zaurla görüşməsinə əsəbləşmişdim. Qınamaq demiyim də, sadəcə olaraq gərək elə əvvəlcədən boşanardı. Günümüzdə
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
316 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. “Təhminə və Zaur” və ya “Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi... Azərbaycan Xalq yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakıda anadan olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Yazıçının ən məşhur əsərlərindən biri “Beşmərtəbəli evin altıncı mərtəbəsi”dir. Bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilmişdir.
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
Reklam
316 syf.
9/10 puan verdi
Əsər haqqında sadəcə bunu deyəbilərəm ədəbiyyatımızda Ruhu olan nadir əsərlərdəndir. Oxumayan hər kəsə tövsiyə edirəm, mütləq oxuyun!!! Ölmədən əvvəl oxunası kitablar yalnız dünya klassikləri deyil! --Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki... Və Təhminə...hər zaman cəmiyyətimiz üçün bir "Ağ liman" , "Beşmərtəbəli binanın altincı mərtəbəsi" olaraq qalacaq! Qeyd: Fikrimcə, filmi kitabı qədər təsirli deyil. Altincı mərtəbəyə qalxmaq üçün mütləq kitabı oxuyub sonra filminə baxmaq lazımdır.
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
316 syf.
10/10 puan verdi
·
3 günde okudu
Bəzən böyüklərin səsin deyil, Qəlbin səsin də dinləmək gərək!
Hər kəsə salam, xoş axşamlar Təhminə və Zaur kitabının 1,2 il olar filmini izləmişdim Ama tamami ilə əsas hadisələri unutmuştum həmin o əsas hadisələri oxuyarkən təəccüblənmiştim yəni ki necə unutmuşam Filmi qədər kitabıda bəyəndim ama kitabı daha çox bəyəndim. Əvvəlcə bildirmək istəyirəm Kəş Zaurun evli olduğu kitabın əvvəlində bəhs edilməzdi onda daha marağlı həyəcanlı olardı Görən Zaur və Təhminə qovuşacağlardı mı? ailə quracağlardı mı? Yoxsa Zaur Firəngizi mi alacağdı? Məncə Kitabın bizə çatdırmaq istədiyi bu idi, Həyata bir dəfə gəlirik, Hər kəs öz həyatında qərarı özü verməlidir, hər kəsə qulaq as ama sadecə qulaq as etməli olduğun tək şey isə Öz qəlbinin səsi ilə addımlamağındır İfratın bir mahnısını xatırladım kitabı oxuyarkən Bəzən böyüklərin səsin deyil, Qəlbin səsin də dinləmək gərək!
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
316 syf.
10/10 puan verdi
·
25 saatte okudu
Kişi məlakəni fahişəyə çevirən deyil, fahişəni məlakəyə çevirəndir
Kaş ki, deyirəm... Kaş ki, Təhminələr yarım qalmış sevgilərinin xatirəsini musiqilərdə və bir qədəh şərabda axtarmasınlar. Kaş ki, Zaurlar həyatlarının ən saf duyğusunu qürurlarına qurban verməsinlər. Kaş ki, qulaqlar kar, sözlər lal olsun... Düşünün...Hər kişinin qəlbində özünə sığışdıra bilmədiyi bir Təhminəsi var
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
316 syf.
10/10 puan verdi
·
4 günde okudu
Xoşbəxtlik və ya bədbəxtlik insanın öz içindədir...
Adətən bir əsərin filmi və ya kitabı arasında qaldıqda filmini izləməyi üstün tuturam. Amma, Anarın qələmi insanı valeh edir və bu kitab sözün əsl mənasında istisnadır. O qədər fərqli enerji və hissləri özündə birləşdirir və kitabın o qədər fərqli dünyası var ki... Kitabda kənar insanların fikirlərinin önəm daşımaması və insanın onu xoşbəxt edən şeylərin arxasıyla getməli olduğu mesajı verilir. Düşünürəm ki, hər qadının daxilində bir Təhminə var. Hər qadın istədiyi hər şeyə nail olmaq cəsarətinə sahib olmağı istəyir. Hər qadın şablonlardan, qəlibləşmiş indekslərdən kənar, istədiyi kimi həyat yaşamaq istəyir. Amma cəmiyyət basqısı, “filankəs nə deyər”-lər onları bundan kənarlaşdırır. Zaur personajı isə xoşbəxtliyi əlinin tərsi ilə geri itələyən, daima Təhminəyə qarşı şübhəylə yanaşan və əsl həqiqət - yəni birlikdə olan anların xoşbəxtliyindən uzaq idi. Sevgi həmişə xoşbəxt etmir. Necə ki, hekayədə də yetərsiz qaldı... Məmməd Nasirin də dediyi kimi - Adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə var idi ki...
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
Reklam
316 syf.
7/10 puan verdi
·
Beğendi
Təhminə və Zaur
Təhminə və Zaur
Anar Rzayev
Anar Rzayev
Bu evin altıncı mərtəbəsini Təhminə görürdü. İlk dəfə o qalxmışdı bura.Elə burdaca yaşamağa başlamışdı. Ondan sonra yalnız Zaur qalxa bildi həmin mərtəbəyə və özündən sonra nərdivanı tullamağı unutdu. Təhminə o nərdivanla kimsənin qalxacağından qorxmurdu. O qorxurdu ki, bu nərdivan Zauru yenidən gəldiyi yerə çəkib aparar. Belə də oldu… Cəmiyyət beşmərtəbəli evlərin altıncı mərtəbəsini görə bilmir, həmin yüksəkliyi görmək,orda yaşamaq xoşbəxtliyinə çatanlara da bunu çox görür.
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
316 syf.
·
Puan vermedi
·
11 saatte okudu
Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. "Təhminə və Zaur" və ya "Beşmərtəbəli evin altıncı mərtəbəsi" təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, "olmaz"larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi...
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,124 okunma
280 syf.
9/10 puan verdi
·
31 saatte okudu
Tek Kelimeyle Muhteşem!
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: ytbe.one/FM7RoOXGSok Hayatımda ilk kez Azerbaycan edebiyatı okuyorum ve bana başlıktaki cümleyi kurduran muhteşem bir kitap önermek istiyorum bugün size: Beş Katlı Evin Altıncı Katı. Hayatınızda hiç Anar Rızayev diye bir yazar duydunuz mu? Açıkçası ben
Beş Katlı Evin Altıncı Katı
Beş Katlı Evin Altıncı KatıAnar Rzayev · Ötüken Neşriyat · 19971,124 okunma
280 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
“Ne olurdu insanlar beş katlı bir yapıda altıncı katın da olabileceğine inansalardı, ne olurdu sanki.” “Beş Katlı Evin Altıncı Katı”, tiyatroda izlediğim en güzel oyundu. Aradan yıllar geçmesine rağmen birçok repliği ve şarkısı dün gibi hatırımdadır. Site sayesinde bir kitabı olduğunu öğrendim. İki farklı zamanda okudum kitabı. Şimdilik… Üç
Beş Katlı Evin Altıncı Katı
Beş Katlı Evin Altıncı KatıAnar Rzayev · Ötüken Neşriyat · 19971,124 okunma
379 syf.
·
Puan vermedi
Başka Bir Hikayenin Yanlışı Olmak
İlk defa bir kitabı anlatmaya hangi cümleler ile başlayacağımı bulamadım. O kadar çok anlatılacak duygu varken, atlarım, unuturum kaygısı yazmamı yavaşlattı. Ne kadar anlaşılır olabilir bilmiyorum ama denemekten de kendimi alamıyorum. Ana karakterler Tehmine ve Zaur’un okuyuculara birer mektubu var, naçizane yazdığım, birazcık da olsa
Beş Katlı Binanın Altıncı Katı
Beş Katlı Binanın Altıncı KatıAnar Rzayev · Everest · 20011,124 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.