10/10
·144 syf.··
2025 15. kitabı
Dərk etmədiyimiz bir şey əməllərimizə yansımaz, ya da yanlış yansıyar. Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar ölkəsi” əsəri maarifçi ideyaları, azadlıq və insanın şəxsiyyət kimi formalaşmasının vacibliyi ilə diqqət çəkir. Müəllifin tez-tez vurğuladığı anlayışlardan biri də fədakarlıqdır. Əksər hallarda fədakarlıq valideynin övladı üçün özünü fəda etməsi və bunun zamanla övladın üzərinə yük kimi qoyulması kimi qəbul olunur. Halbuki Əhməd bəyin fədakarlıqdan başa düşdüyü tamamilə fərqlidir – insanın inandığı dəyərlərə, sahib olduğu əqidəyə, ona ümid verən ideallara fədakarlıq göstərməsi. Bu isə sadəcə qurban vermək deyil, həm də mərdlik, cəsurluq və qorxmazlıq tələb edir. Təəssüf ki, bu xüsusiyyətləri sona qədər daşımaq, fərqinə varıb hərəkətə keçmək cəmiyyətimizdə hələ də çatışmır. Əhməd bəy fədakarlıqla özünəvurğunluq arasındakı incə fərqi də qabardır və bunu anlamayanın davranışında biganəlik və vecsizlik üzə çıxır. Əslində insanı hərəkətə gətirən əsas amil onun daxilində daşıdığı arzular və istəklərdir. Bu arzuların yaxşı və ya pis olması isə seçilən yol və vasitələrdən asılıdır. Ağaoğlu göstərir ki, bir millətin yüksəlişi sərbəst düşünən, elmli, eyni zamanda vicdanlı fədakarlıq və cəsarət sahibi olan insanların varlığı ilə mümkündür. Bu baxımdan əsər bu gün də aktuallığını qoruyur və gələcək nəsillərə azadlığa, elmə və əqidəyə bağlı yol xəritəsi təqdim edir.
Sərbəst İnsanlar ÖlkəsindəAhmet Ağaoğlu · Tutu Nəşriyyatı · 2001205 okunma
·
55 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.