Gönderi

Puan vermedi·354 syf.··
2025 66. kitabı
·
5 günde okudu
·
Okunma: 28 Temmuz 2025 00:01
Son zamanlar oxuduğum və məni ən çox təsirləndirən kitablardan biri oldu “Yağ ve Mermer”. Tarixi əsərləri, xüsusilə də real hadisələr üzərindən yazılanları çox sevirəm. Ona görə bu kitab məni dərhal özünə çəkdi. Leonardo və Michelangelo… İki dahi, iki yol, iki fərqli ruh… Amma ikisini birləşdirən tək bir sevgi var — sənət. Kitabda olan hər bir detalın tarixə əsaslanması oxuyarkən hiss etdiyim marağı qat-qat artırdı. Bəzən unuduruq ki, gördüyümüz böyük əsərlərin arxasında necə böyük daxili savaşlar, sükutlu mübarizələr dayanır. Bu kitab o səssiz mübarizəni göstərir. Və elə bu səssizliklə təsir edir insana. Əsəri sadəcə sənət və tarix sevərlər üçün yox, insan ruhunun dərinliklərini anlamaq istəyən hər kəs üçün tövsiyə edirəm
Yağ ve MermerStephanie Storey · Maya Kitap · 2017358 okunma
·
78 Gösterim
1 Yorum
güzel bir paylaşım olmuş, elinize sağlık
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.