Uzun müddətdən sonra yenidən kitab oxumağa vaxt tapdım.
İIk öncə yazar haqqında onu demək istəyirəm ki, dilini çox bəyəndim - anlaşıqlı idi ve yorucu deyildi.
Kitaba gəldikdə isə dünya klassiklərindəndir və məncə hərkəsin oxuması gərəkən bir əsərdir.
Əsər qısa olsa da, bir çox mövzuları - sosial ədalətsizlik, irgçilik, həyat şəraiti fərgləri və bunun insanların xarakterinə fərqli yansımalarını özündə cəmləşdirir. Məncə yazar bir çox detayları oxucularına çox incə şəkildə çatdırıb.
Əsər boyunca Lennie-nin saflığına və sevdiyi şeylərə qarşı çox böyük duyğu ilə bağlanmasına heyran qaldım. Amma məncə hərkəs bilir ki, hər şeyin çoxu zərərli ola va heçdə yaxşı olmayan nəticələr doğura bilir.