Tele ekran yoxsa Tele fon?
Puan vermedi·352 syf.··
2025 17. kitabı
Bilmirəm nədəndirsə, amma kitabın sonlarına doğru əsərdə Winston’un ən böyük ikinci düşməni olan və həmin dövrdəki insanları hər an, 7/24 izləyən teleekranları, günümüzdəki komputer və telofonlarımıza bənzətməyə başladım. Həm davamlı görüntü qeyd edib ötürməsi, həm səs yazıb üzərindən canlı əlaqəni təmin etməsi və s, sanki 1984 əsərində günümüzdəki bu cihazlara istinad edilib. Digər yandan isə George Orwellin 1984 əsəri totalitarizmin qorxunc dünyasını və fərdin azadlığının sistem tərəfindən necə məhv olunduğunu ustalıqla göstərir. Romanın qəhrəmanı Winston Smith vasitəsilə Orwell, dövlət nəzarətinin insanların düşüncələrinə, dilinə və hətta yaddaşına necə müdaxilə etdiyini dramatik bir şəkildə təsvir edir. "Böyük Qardaş səni izləyir" ifadəsi əsərin simvolik mövzusunu, daimi müşahidə və qorxu altında həyat şəklində əks etdirir. 1984 oxucunu düşündürür: azadlıq nədir, gerçəklik kim tərəfindən müəyyən olunur və fərd dövlət qarşısında nə qədər güclüdür? Hər oxunduqca aktual qalan bu əsər, siyasi və sosial refleksiyalar üçün əvəzsiz bir mənbədir. Məncə az da olsa hər birimiz əsərin sonunda Winston’un bütün hisslərini itirdiyi kimi öz hisslərimizi müyyən dönəmdə itirmişik və bu hissi biraz da olsa bilirik :)
1000k
1984George Orwell · Can Yayınları · 2023200,2bin okunma
·
24 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.