·144 syf.····Okunma: 17 Ekim 2025 22:36 Fikrimcə, Cəfər Cabbarlı "Almaz" pyesində (elə "Sevil"də də) oxucunu qəribə bir dilemma ilə üz-üzə qoyur. Loru dildə desək, oxucu bilir ki, Almaz da, Sevil də azadlıq, yeni gələcək uğrunda çarpışır. Di gəl ki, işin əmması var. Din, məscid, örtünmək, Allah kimi məsələləri yazıçı çox sərt, bir az da tənqidvari şəkildə ifadə edir. Yazıçının bu pyesləri öz dövrünün qadınlarının intibahı üçün yazdığını nəzərə alsaq, Cabbarlı həmin qadınların bəzi şeyləri köklü şəkildə yanlış anlamalarını da düşünməli idi.
Məsələn, o dövrün qadını hələ o qədər inkişaf yolu keçməmişdi ki, yazıçının "örtüyünü aç, azad ol" fikirinin üstüörtülüyünü tutsun. Heç yadımdan çıxmaz. Məktəb vaxtı Ədəbiyyat müəlliməm bizə, "Qadınlar o zamanlar "Sevil" tamaşasanı izləyəndən sonra çadralarını çıxarıb, elə ordaca qoyub gedirdilər" fikrini elə fəxarətlə danışırdı ki, örtünməyin çox pis şey olduğunu sanmışdım. Yanlış izah nələrə səbəb olurmuş. Hər bir halda, bu dövrün qadınları olaraq anlayırıq ki, yazıçı "çadradan xilas ol, azad ol" deyəndə əslində beyinlərdəki çadranı, örtüyü nəzərdə tuturdu. Bir tərəfdən də ortada Sovet dönəminin tələbləri var idi.