Gönderi

"Reyslər üzərinə uzanmış adam"
Puan vermedi·424 syf.··
2025 10. kitabı
Kitaba başlayarkən çox qərəzli yanaşdım. Çünki mənə görə inti*har üçün plan hazırladığını düşündüm. Amma kitabı oxuyarkən bu düşüncələrim dəyişdi. Kitab sevginin gücünü öyrədir. Yanında sevdiyin varsa, bəzən özündən belə keçə biləcəyini öyrədir. Müharibə dövründən, bu dövrdə insanların, xüsusilə, qadınların və uşaqların yaşadığı çətinlikləri göstərir. Ana olmağın nə demək olduğunu, bəzən içində duyğular coşub-daşarkən övladının həyatı üçün hissiz, duyğusuz olmağı bacarmağı göstərir. Kişilərin nə qədər çətin seçim arasında qaldığına, valideynlərin övladlarının həyatı üçün öz həyatlarını yox saydığına şahid oluruq. Kitabın türk dilinə tərcüməsi də ("Raylara yatan adam") mövcuddur. Bu məni daha çox sevindirdi.
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
çox təsirli bir əsər yazıb. Oxuduğumuz zaman insan həyatının dərinliklərini görürük.
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,797 okunma
·
72 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.