Zweig bu əsərdə bir qadının təkcə sosial yox, ruhi enişini də ustalıqla göstərir.
Dünya zövqlərinə aldanmış, başqalarının heyranlığı ilə yaşayan bir insanın içi boş bir həyatın içində necə tədricən öz varlığını itirdiyini oxuyuruq.
Fransada saray həyatı, şan-şöhrət, diqqət və təriflər — hamısı sanki bir röya kimi başlayır, amma gerçəklik çox sərtdir: o qadın nə sevgiyə, nə anlayışa, nə də özünə sahibdir.
Zweigin dili o qədər incədir ki, oxucu sanki bu qadının ruhuna toxunur, onun tənəzzülünü hiss edir.
Anlayırsan ki, bəzən çöküş, sadəcə xarici dünyanın səssizliyi deyil — öz iç səsimizin boğulmasıdır.