Gönderi

1 günə bitirəcəyiniz kitab
10/10
·400 syf.··
Beğendi
·
2025 1. kitabı
"Mesajlarda yazılan sözlər əl ilə yazılan sözlər qədər səmimi deyil" "Dedektiv janr, sevərəm yəqin" dediyim və bir ayda 3 dəfə bitirdiyim bir kitab. Mürşüd bəy kitabı əsasən detektiv janrı olaraq təqdim edir, oxucuların çoxunun xanım olması səbəbi ilə kitab biraz sevgi romanı kimi qələmə verilir, ancaq məncə bu kitab tam bir psixologiya və şəxsi inkişaf kitabıdır. Təbii ki, özünümühakimə bacarığı olan insanlar üçün. Əsərdə detektiv baxımdan çox maraqlı bir sujet var, hansı ki, sevginin səbəb olduğu bir cinayət olduğu üçün bu 2 mövzu ön plana çıxır. Amma asas məsələ bu deyil. Kitabda cəmiyyətimizdə, verilən tərbiyyə və ailə sistemlərində olan boşluqlar haqqında fikirlər daha çox diqqətə alınmalıdır. Qorxudan yalanın yaranması? Başqası nə deyər deyə keçən həyat? Övladına dəstək olmaq adı ilə ərköyün böyüdülən ve başqa həyatları məhv edən şəxslərin valideynləri? istədiyini əldə edə bilməyəndə dəyişən insanlar? Ya da insanlar haqqında bilmədən, tanımadan sosial şəbəkələrdə rəy yazanlar? Yəqin ki, bunların hamısı ilə bağilı bir hadisə va ya şəxs vardır həyatınızda. Kitabda bu mövzuların hamısının real nümunə və nəticələri var. Amma bu kitabı dəfələrlə oxuma səbəbim bu deyil. Səbəb bu kitabda axtardığım bəzi sualların cavabı, qərar verə bilmədiyim bəzi məqamların nəticələri və bəzi "opportunity cost"ların nümunələrinin olmasıdır. Kitabdan bir neçə kəsinti və o hissələrdən özümə çıxardığım dərsləri not kimi yazıram: 1. Hadisələrdən qaçmaq heçvaxt səni böyütməyəcək. Eyni səhvləri etməyə dəvam edəcəksən. Ona görə səhvlərin üstünə gedib onlarla üzləş. 2. Bəzi addımları atmayıb peșman olmaqdansa, at peşman ol. 3. Sən özünü düzəlt. Sen özünün ən yaxşı versiyasi ol. Ətrafin da yavaş-yavaş sənə uyğunlaşacaq. 4. Özünümühakimə gözəl birşeydir ancaq günahkar psixologiyasında olmaq da düz deyil. 5. "İnanmaq güclü insanların bacardığı xüsusiyyətdir" - güclü olman düz olman demək deyil 6. Əgər birgün soyuqqanlı bir insanı sevərsən onun zəif nöqtəsi olmaqdan qorx və zəif nöqtəsini hər zaman qoru. 7. Həyat öz tempi ila axır. Bəzi qərarlarımız o axının istiqamətini dəyişir. Bəzən qıraqda durub axını izlə. 8. Hekayən heçkimə maraqlı deyil. Danışma. İstədiyin yerə çatanda hamı hekayəni biləcək. 9. "Başqa insanların həyatına müdaxilə etmə, qarşılaşacağın şeylər xoșuna gəlməz və zərərli sən çıxarsan." - artıq sözə ehtiyac yoxdu məncə. 10. Və ən maraqlısı. Obraz Nərmin Üçün deyilən amma mən Nərminə də aid olan. Çox gözəl ürəyi var ancaq səndən şübhələndiyi zaman hədəfdən ayındira bilməssən. Özümə not: șübhən olan yerdə əmin ol ki, sonuna qədər getməlisən. Hətta kitabı sonuncu dəfə oxuyanda bir məsələ diqqətimi çəkdi. İlk dəfələrdə nəzərimdən qaçmışdı. Son zamanlarda cəmiyyətimizdə təəssüf ki, tez-tez qarşılaşdığımız cinsi seçimlərini edə bilməyən və ya ailə baskısı ilə başqa insanların həyatını məhv edən insanlardan da bir obraz var kitabda. Yəni kitabda cəmiyyətin "tabu" etdiyi amma səsli danışılmalı, hər ailədə müzakirə edilməli və dərs çıxarılmalı çox mövzu var. Xüsusi ilə 20+ bəylərin və 15+ xanımların oxuması çox vacibdir. Bəlkə cəmiyyətdə sarsılan ailə məhfumumuzu biraz düzəldə bilərik. Mürşüd Mehdi Məktubdakı Qadın
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma
50 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.