Gönderi

10/10
·176 syf.··
Beğendi
·
2025 9. kitabı
·
17 günde okudu
·
Okunma: 04 Ekim 2025 00:00
Salam, əziz kitabsevərlər. Bir müddət əvvəl oxuyub bitirdiyim Ahmet Şerif İzgörenin "Şu hortumlu dünyada fil yalnız bir hayvandır" kitabı haqqında fikirlərimi bölüşmək istəyirəm. Keçən il söz vermişdim ki, hər yazardan bir kitab oxuyacam, daha sonra lazımlı bilsəm, həmin yazarın 2-ci kitabını oxuyacam. Anladım ki, bəzi yazarların 1 kitabını oxumaq kifayət etmir, maraqlı və ən əsası həyatınıza dəyər qatmağı bacaran yazarların bir neçə kitabını oxumaq lazımdır. Ahmet Şerif İzgören kitabları da o dəyərli kitablardandır. Hər səhifəsi alıntılarla dolu-dolu və təkrar-təkrar oxuyacağım kitab - mənim üçün bir İstanbul xatirəsisən. Həm yazara, həm də məni yazarın möhtəşəm qələmi ilə tanış edən pırıl-pırıl qəlbli insana daim minnətdar olacam. Sonda, bir gün Uğur böcekleri derneğinin Azərbaycanda da olacağına və Şerif hocanı Bakıda görəcəyimə inanıram. O günə qədər isə kitabları oxumağa davam. Bu mükəmməl kitabı hər kəsə oxumağı tövsiyə edirəm, bir mükəməlliyyətçi sözü. Sonda kitabdan bir alıntı: “Dinlemek Allah'ın insana verdiği en büyük becerilerden biridir ve bence sevgiyi gösteren en güzel hediyedir. Bir insana dinlendiğini hissettirmek sevginin en güzel ifadesidir.” Həyatınızda sizi dinləyən və sizin də dinlədiyiniz insanların çox olması diləyi ilə...
1000Kitap
Şu Hortumlu Dünyada Fil Yalnız Bir HayvandırAhmet Şerif İzgören · Elma Yayınevi · 202428,1bin okunma
·
88 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
bas uste) hee bilirem texire salindi ,indi de noyabr reklami gedirdi))
Ahmet Serifin butun kitablari oxumaga deyer) Bu arada Noyabrda konfransa gelmelidi Bakiya
Safura Orujova
Gönderi Sahibi
Aa elanı tapsanız, mənə göndərə bilərsiniz zəhmət olmasa? Oktyabrın 12si gəlməli idi ləğv olundu