·262 syf.····Okunma: 21 Ekim 2025 00:52 Bu kitabda britanyalı uşaqların müharibədən qaçarkən təyyarənin qəzaya uğraması nəticəsində adaya düşürlər. Kitabda uşaqlar ilk başda mədəni qalmağa, insanlıqlarını itirməməyə çalışsalarda hər insanın içində olan vəhşilik üzə çıxır. 6-12 yaş aralıqlarındakı bu uşaqlar əslində ilk başda "həyatda qalmaq" üçün yetişkinlər kimi səy göstərirlər, amma yenə böyüklər kimi buna nail ola bilmirlər. Əslində bur vəziyyətdə uşaqları qınaya bilərikmi?
(Spoiler)
Məncə, əsas başlıca bir neçə obraz var ki, bu obrazlar adadaki uşaqlara və onların həyatlarına yön verirlər. Ralph, Simon, Jack, Domuzcuk,Roger kimi obrazlar bir-birləri ilə daimi çatışma halındadır.
Ralph lider ruhlu bir uşaqdır. Jack onun əksinə diktator və öz doğrularını digər uşaqlara qəbul etdirməyə çalışan bir obrazdır.Ralph ortaya çıxana qədər o, ovçuları ilə istədiyi kimi bir mədəniyyət qurmuşdu. Ralph ortaya çıxdığında isə daha məntiqli düşünə bilən, uşaqları ordan xilas edə biləcək bir obraz olduğu üçün uşaqlar Jackdən uzaqlaçdılar.Biz kitabda əslində bu ikisinin çatışmasını və bu çatışmanın necə vəhşiliyə çevrildiyini görürük. Ralph kitabda Jackə "Niyə mənə nifrət edirsən?" deyə soruşur. Jack isə bunun səbəbini bilmir. Əslində cavab günümüzdə ölkələrin daim bir-biri ilə çatışması kimidir. Mənasız və hökm etmə hissi. Mənə elə gəlir ki bu hökm etmə hissi hamımızın içində var. Hökm edə biləcəyimiz bir fürsət qazanan kimi hər kəs olduğu insan olmaqdan çıxır. Buna görə də Jack hər nə qədər bir uşaqdan gözlənilməyəcək dərəcədə qəddar olsa da ən başda hamı kimi sadəcə bir uşaq idi.
Domuzcuk isə digər uşaqlardan fərqli olaraq məntiqli düşünür.Həyatda qalmaq üçün nəyin vacib olduğunu bilir. Amma bu düşüncə digər uşaqlara sıxıcı gəlir. Onu ələ salırlar və ya ony qrupdan ayırırlar.
Simon obrazı mənim bu kitabda ən sevdiyim obrazdır. Simon digərləri kimi səthi,"uşaq kimi" yox,böyük kimi düşünürdü. Amma ,təəssüf ki, digərləri də böyüklər kimi düşünürdü.(Fərqli şəkildə). Simon bu topluluq içində çox dinlənmir və önəmsənmir. Simon ,məncə, bu qrupun vicdanını təmsil edirdi. .İlk vəhşi olduqları və yığıncaq təşkil etdikləri axşam da yox olur. Biz əslində bu kitabda uşaqlara baxdığımızda onların hamısının vəhşiləşməyən və məntiqli düşünə bilən uşaqlar olduğunu görərik. Eric və Sam məsələn. Hər nə qədər vəhşilərə qoşulsalarda onların bunu sadəcə digərlərinə uyğunlaşmaq üçün, yaşamaq üçün etdiklərini Ralph ilə olan söhbətlərində görürük. Bəzi uşaqlar isə həqiqətən bu "oyunu" sevirdi və içlərində valideynlərinin qoyduqları qaydalara daha raiyət etməmənin sevinci var idi. Məsələn Roger. Adaya ilk gəldiyində uşaqlara daş atmağa çəkinir, onların yanlarına daş atmağa çalışır. Daha sonra Domuzcuku elə daşla öldürür. Bu da əslində bir uşağın necə qısa bir vaxtda bu şəkildə dəyişə bildiyini göstərir.
Nəticədə,belə demək olar ki əsas canavar bizim içimizdədir və bu canavarın ortaya çıxması üçün ideal şərait lazımdır.