Gönderi

6/10
·160 syf.··
2025 7. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Ekim 2025 12:52
Azərbaycan klassiklərindən oxuduğum ilk kitab. Bəlkə, buna görə incələmə yazma ehtiyacı hiss etdim. Amma digər tərəfdən mövzu ilə bağlı fikirlərimi yazmaq istədim. 19 yaşlı bir qızla 30 yaşlı bir oğlanın evləndikdən sonra başlarına gələn hadisələrdən danışılır. Bu klassik azərbaycansayağı evlilik sayılmır. Adil imtahan nəzarətçisi olan zaanm Sərriyyəni görüb ondan xoşu gəlir. Səriyyə ilə söhbət etdikdən sonra isə ümumi razılıqla evlənirlər. Bu evliliyə sadəcə Adilin ailəsi narazı olurlar. 1 il ərzində hər şey qaydasında gedir. Amma sonra Adilin işiylə bağlı rayona getməli olurlar. Adil rəis kimi işləyir, Səriyyə isə körpüsalanlar briqadasında işləməyə başlayır. Hətta Adil istəyirdi ki, daha sonra Sərgiyə əyani şəkiçd universitet də oxusun. Lakin işlər bundan sonra başlayır. Səriyyənin daxilində briqadada 23-24 yaşlı Qəribcana qarşı hansısa hisslər oyanır. Bunun nə olduğunu kitabın sonuna qədər özü də izah edə bilmir. Amma Adil belə onun bu hisslərini hiss edir. Və buna görə də ara-sıra Səriyyəyə briqadada çalışmasını qadağan edir, amma Səriyyə bunu önəmsəmir. Sonradan Adil artıq qəzəbin, nifrətin işə yaramayacağını qəbul edir və Səriyyəyə qarşı daha mülayim davranır və onun briqada ilə işlərinə qarşı çıxmırdı. Amma Səriyyə indi də Adilin ona qarşı belə mülayim davranmasına qəzəblənir, bunu ikiüzlülük, saxtakarlıq adlandırır. Son hadisələrdə isə Qəribcanın ayağına sel zamanı daş düşdüyü üçün Adilin maşınını götürərək onu rayondan Bakıya xəstəxanada gətirməli olur. Əslində, bu hərəkətini pisləmək olmaz, bununla ayağının kəsilməsinin qarşısını alır. Amma nəzərə alınmalıdır ki, kitabdakı hadisə XX sərin ortalarında cərəyan edir və hələ indiki Azərbaycana baxanda belə, evli bir qadının belə bir şey etməsi normal qarşılanmaz. Burada Səriyyəni günahlandırmıram. Səriyyənin tək günahı kitabda Avropasayağı təsvir olunmasıdır. Həmçinin, açıq danışsaq, siz də Səriyyənin bu davranışlarının əsas səbəbinin Qəribcana qarşı olan hisslərindən qaynaqlandığını bilirsiniz, yəni o məmnuniyyətlə, başqa yollarla da Qəribcanı xəstəxanaya yollaya bilərdi. Amma bunu özü etmək istədi. Yəni burada Səriyyə elə canlandırılıb ki, sanki Adillə zorla evləndirilib, Adil ona çox bərbad davranır, döyür. Amma Adil hər dəfəsində özünü cilovlayırdı. Düzdür, Adil öz iş həyatına, gələcəyinə fokuslanmışdı, amma bunu evliliyi üçün edirdi. Yəni bu tənqid ediləsi bir şey deyil. Həm də Adil 30 yaşında olduğu üçün də işə foksulanması daha güclü idi. Səriyyə isə 19 yaşlı gənc bir qız idi, düşüncələri fərqli idi. Bir sözlə, Səriyyənin Adilə olan davranışı heç düzgün deyildi. Adilə ikiüzlü dediyi halda, özü ikiüzlülük edirdi. Qəribcana qaşı olan hisslərini etiraf edə bilmirdi. Amma bunu onun az yaşlı olmasına vermək olar. Öz istəyi ilə evlənmişdi, öz istəyi ilə də ayrıldı.
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma
·
87 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.