Gönderi

8/10
·368 syf.··
2025 21. kitabı
Cara Hunter kitablarını çox sevirəm. Film izləyirmiş kimi kitablarını oxumaq olur. Seriyadaki bütün kitabları oxuduğum üçün özümü Adam Fawley team in bir parçası olaraq hiss edirəm. Onlarla realda tanış olsam çox yaxşı dostluq qurardım Bu kitab isə Close to Home kitabının ardıdır. Amma kitabı unutmuş olsaz da problem deyil çünki bütün detallar sizə xatırladılır kitab boyunca. Və ya Close to Home kitabının son 10-15 səhifəsini yenidən oxuyub bu kitaba başlaya bilərsiniz. Daisy bu kitabda artıq yeniyetmədir və artıq daha ustadır. Zamanında onu “xilas edən” müəllimindən də artıq xilas olmaq və özünü bu dəfə də yenidən yaratmaq istəyir. Bunun üçün isə amerikali jurnalistə Daisy Mason case haqqında məlumat verib ondan qazanc almağı düşünür. İşlər isə təbii ki başqa cür olur. Kitabın sonunda sağ qalanın Daisy yoxsa Kate olması dəqiq deyilməsə də düşünürəm Daisy sağ qalmış və həyatına Amerikada davam edən şəxsdir. Çünki o Adam haqqında öz Shadow journalda danışırdı. Sonda Adam üçün çobanyastığı çiçəkli gül buketi göndərməsi daha məntiqlidir. Təəssüf ki kitabın sonunda bəzi tam açıqlanmayan detal oldu. Amma ümumi götürsək yenə də sevərək oxuduğum kitablarından biri oldu. Yenidən Adam team ilə qovuşmaq üçün növbəti kitabı səbrsizliklə gözləyirəm.
Making a KillingCara Hunter · William Morrow Paperbacks · 20251 okunma
·
40 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.