·38 syf.··Beğendi
···Okunma: 22 Ekim 2025 23:59 Dəyərli həmkarım Səbinə Bayramovanın "Yaralı ruhlar" əsəri haqqında fikirlərim : İlk öncə onu deyim ki, “Yaralı Ruhlar” insanın daxili sükutuna, gizli ağrılarına və ruhun parçalanmış güzgüsünə baxmaq cəhdidir. Əsər həm bədii, həm fəlsəfi, həm də psixoloji təhlil səviyyəsində insan varlığının qaranlıq tərəflərinə enə bilir. Yazar bunu ustalıqla bacarır. Müəllif insanla ruh arasındakı münasibəti fiziki və metafizik ölçüdə izah etməyə çalışır. Belə düşünürəm ki, müəllifin burada çatdırmaq istədiyi əsas ideyası budur ki, insan nə qədər dəyişsə də, ruhu hər zaman onun gizli tarixi kimi qalır. Əsərdə müəllif oxucu ilə canlı dialoqa girir. Ona "sən" deməklə aradakı buzları əridir. İnsan özünü hansısa psixoloji seansda, hansısa bir psixoloqun qarşısında hiss edir. Kitabın əsas güclü tərəfi odur ki, o, insanı kənar müşahidəçi kimi saxlamır, onu öz içinə çəkib, öz dünyasına aparır. Hər cümlədə müəllifin hisslərinin titrəyişi duyulur. Hətta bəzi yerlərdə bir cümlə ilə belə insanın bütün duyğusunu ifadə etməyi bacarır. Oxuduqca insan öz dəyərini anlayır. Məsələn :"İşıqlanmaq üçün yan, işıqlandırmaq üçün deyil. İşıqları söndür bundan sora səni tapmaq istəyən özünü yandırsın." Sonda isə yazımı əsərin ən sevdiyim cümləsi ilə bitirirəm : "Sonda hər şey gözəl olmalıdır. Əgər nələrsə pisdirsə, deməli bu hələ son deyil."