Səbinə Dəniz

Səbinə Dəniz
@Sabina_Bayramova
Sözlərin gücünə və onların insan ruhuna təsirinə inanır, yazılarım vasitəsilə duyğularımı və düşüncələrimi ifadə etməyə çalışıram.
İngilis-Alman dili müəllimi
ADU
Bakı
14 Haziran 1998
15 okur puanı
Mart 2025 tarihinde katıldı
10/10
·80 syf.··
Beğendi
·
2026 3. kitabı
Rəşid Nəsirzadə
10/10 · 8 okunma
Reklam
Təhlil
10/10
·80 syf.··
Beğendi
·
2026 3. kitabı
Rəşid Nəsirzadənin “Və İstanbul kimisən…” adlı şeirlər kitabını oxuyarkən müəllifin əsasən sevgi, ayrılıq və sənsizlik mövzularına üstünlük verdiyini gördüm. Kitabdakı şeirlər bir-biri ilə emosional baxımdan bağlıdır və ümumi bir kədərli ruh daşıyır. Mənə görə, müəllifin dili sadə və anlaşıqlıdır. Bu da şeirləri oxumağı asanlaşdırır və oxucu ilə daha tez emosional əlaqə yaradır. Məsələn, “Məni məndə burax, get…” kimi misralar çox sadə olsa da, dərin məna daşıyır. Kitabda ən çox diqqətimi çəkən mövzu sənsizlik və darıxmaq hissidir. Demək olar ki, bir çox şeirdə müəllif ayrılığın yaratdığı boşluğu və ağrını təsvir edir. “Bu ömrümə sənsizlik, gör necə də yaraşır” misrası da bunu açıq şəkildə göstərir. Müəllif bu hissləri müxtəlif obrazlarla -yağış, küçə, qəhvə, xatirələr vasitəsilə ifadə edir. Şeirlərdə tez-tez təkrarlar və sual cümlələri işlədilir. Bu da müəllifin daxili narahatlığını və çıxış yolu tapa bilmədiyini göstərir. Eyni zamanda, şeirlər daha çox daxili monoloq formasındadır, yəni müəllif sanki özü ilə danışır. Mənim fikrimcə, kitabın güclü tərəfi onun səmimiyyətidir. Müəllif hisslərini olduğu kimi çatdırır və bu da oxucuya təsir edir. Amma bəzi şeirlərdə eyni mövzuların təkrarlandığını da görmək mümkündür. Bu səbəbdən müəyyən yerlərdə oxucu üçün oxşarlıq hissi yarana bilər.Ümumilikdə isə bu kitab sevgi və ayrılıq mövzusunu sevən oxucular üçün maraqlı və təsirli bir şeir toplusudur. Gənc yazarımıza uğurlar arzu edirəm
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
10/10
·154 syf.··
2026 2. kitabı
Nuray Rəşid
9.5/10 · 8 okunma
Nuray Rəşid "Vətən Sahibi "
10/10
·154 syf.··
2026 2. kitabı
Dəyərli üzvlərimizdən biri olan Nuray Rəşidin qələmə aldığı şəhid qardaşımıza xitab edilmiş bu kitab, insanlığa çatdırılmalı olan xüsusi mesajlardan biridir. İlk öncə Nuray xanıma dərin minnətdarlığımı bildirirəm ki belə bir məsuliyyətin altına girməkdən qətiyyən çəkinməyib və elə bu yolda da daimi addımlar atıb . Kitabı oxuyarkən şəxslərin tapılıb bir-bir dinlənilməsinin əziyyətli iş olduğu bəlli olur,amma həqiqətən uğurlu iş olduğu üçün geridönüşləri görəndə düşünürəm ki fəxr,sevinc hissi müəlliifimizə dərin təşəkkürün bir hissəsidir. Sahib qardaş həqiqətən vətənə,ailəsinə adı kimi sahib çıxan biri olub və məhz kitabın ad seçimi də tamamilə düzgün seçilmişdir. Övladları tərəfindən fəxr edilən bir ata olaraq həmişə yaddaşlarda qalacaq. Deməyə çox söz olsa da yenidən təkrarçılıq etmək istəmirəm. Allah şəhidlərimizə rəhmət eləsin,qalanlara can sağlığı versin. Ailələrinə səbr arzulayıram.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
"Hər bir çiçəyin öz rəngi, qoxusu və gözəlliyi var. Biz də insanlar olaraq müxtəlifik, amma bu, birlikdə çox gözəl bir bağ yaratmağımıza kömək edir." Səbinə Dəniz " Mənim qızım"
Reklam