5/10
·433 syf.··
2025 22. kitabı
Adam Fawley sevdasını bölüşdüyümüz Rüveyda xanım bu seriyanın kitablarına başlamağımı məsləhət gördü. Kitab özünü oxutdurur, bir oturumda oxuyub bitirə biləcəyiniz kitablardandır sadəcə mənim zövqümə uyğun olan kitablardan biri olmadı. Kitab məktəb proyekti üçün polisin üstünü bağladığı bir cinayət işindən baş qəhrəmanımız Pippanın razı olmaması və üstündən 5 il keçdikdən sonra əsl cinayətkarı ortaya çıxarmağa başlaması ilə bağlıdır. Çoxlu suallarım var kitabla bağlı. Yeniyetmə bir məktəbli niyə polisin edə bilmədiyi, cinayətkarın tapa bilmədiyi işi həll edir? Üstündən 5 il keçməsindən sonra belə niyə bütün şahidlər həmin günlə bağlı olanları bütün detalları ilə xatırlayır? Niyə 17 yaşlı məktəbliyə polisdən belə gizlətdiklərini etiraf edirlər? Ümumiyyətlə məktəb proyekti niyə cinayət araşdırmasına çevrilir? Pippa niyə Salın günahsız olduğunu sübut etmək üçün az qala öz həyatını da təhlükəyə atır? Pippa tam olaraq cringe, pick me personaj idi. Sonunda da sırf plot twist olsun deyə heç gözləmədiyimiz adamın cinayətkar olduğu ortaya çıxır. Eliot 5 ildir çardaqda saxladığı qızın Andie olduğunu bilməyəcək qədər psixolojisi çökmüş vəziyyətdə idisə necə məktəbdə dərs deməyə, normal həyatını yaşamağa davam edirdi və heç kim bunun fərqində deyildi? Digər bir ipucu isə Eliotların evindən cookies-in yoxa çıxması idi açıqlaması isə bu idi ki Eliot cookies-i çardaqda saxladığı evdəki qıza aparır. Başqa mağazadan yeni cookies almaq bu qədər çətindir ki öz evindən şirniyyat oğurluğu edir? Digər kitablara da şans verməyə davam edəcəm bəlkə Pippanı və yazarımızı sevə bilərəm.
A Good Girl's Guide to MurderHolly Jackson · Electric Monkey · 20193,692 okunma
·
28 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.