9/10
·408 syf.··
Beğendi
·
2025 1. kitabı
Kitabı oxumadım, səsli olaraq dinlədim, amma yenə də zövq aldım kitabdan... Həmişəki kimi, Elxan Elatlının əsəri olduğu üçün heç sıxılmır insan oxuduqca, axıcılıq yaranır oxuduqca, həm də sözlərdə xüsusi bir axıcılıq var deyə insan heç yorulmur. Əsərə gəldikdə isə, bəyənməmək heç mümkün deyil. Əsərdə "xəyanət" də var, "qisas" da var, obrazların " mənfi və müsbət" cəhətləri də... ƏN ƏSAS DA 2 Cİ QARABAĞ MUHARİBƏSİNDƏN VƏ O HƏMİN İLDƏ BAŞ VERƏN HADİSƏLƏRLƏ, YAZIÇININ BUNLARLA BƏRABƏR, ÖZÜNÜN DƏ QATDIĞI MARAQLI SƏHNƏLƏR DƏ YER ALIR... Qambay Qasımlıdan sonra, Elxan Elatlının digər müsbət xarakterli obrazı olan, "vaşaq" ləqəbli Gültən Dəmirli də öz bacarıqları və mərdliyi ilə, əsərə xüsüsi bir rəng qatır... "Axilles" ləqəbli killerin obrazı da bəyənilən idi. Onun da obrazını yazıçının digər əsərlərində görmək çox xoş olardı... Bəlkə də var.. amma mən hələ oxumamışam digər əsərləri. ALLAH ŞƏHİDLƏRİMİZƏ DƏ RƏHMƏT ELƏSİN, QAZİLƏRƏ DƏ ALLAHDAN ŞƏFA, ŞƏHİD AİLƏLƏRİNƏ İSƏ SƏBR DİLƏYİRƏM. ONLARIN SAYƏSİNDƏ BİZ RAHATİQ, ONLARİN SAYƏSİNDƏ BU GÜN XOŞBƏXT ŞƏKİLDƏ YAŞAYA, RAHAT ŞƏKİLDƏ NƏFƏS ALA BİLİRİK...ALLAH VƏTƏNİN KEŞİYİNDƏ DURAN HƏRBÇİLƏRİMİZİ, ƏSGƏRLƏRİMİZİ DAİM QORUSUN İNŞALLAH... (AMİNN) Kitabı da oxumağınızı tövsiyə edirəm, peşman olmayacaqsız həmişəki kimi. Xoş seyirlər:)
Vatan Sevgisi
Alternativ ƏməliyyatElhan Elatlı · Teas Press · 0237 okunma
·
22 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.