Məni ən çox sarsıdan məsələ bu qələmə alınanların və daha çoxunun real olmasıdır.
Tarixdə nə qədər qan,nə qədər haqsızlıq nə qədər vəhşilik var.
Qanlı hadisələr 3 xalqın - boşnaklar, serblər və xorvatların birgə yaşadığı Bosniyada baş verir. Serblər Bosniya Serb Respublikasını elan edərək əldə silah bu hakimiyyəti cəbrən qəbul etdirmək və müsəlman əhalinin axırına çıxmaq üçün qanlı soyqırımına başladılar.
Soyqırımın detallarını öyrəndikcə xalqımın da bir zamanlar tamamilə eyni dəhşətləri yaşadığını bir daha xatırladım. İnsan insana bu cür davranarmı? Ya da insanı bu vəhşiliyə nə vadar edə bilər? Sadəcə müxtəlif dinə mənsub olması ona qarşı bu amansızlığı törətməyə haqq verirmi?
Kitabda bu soyqırımına şahid olmuş uzun zaman çəkdiyi zülmlərdən sonra sağ qala bilmiş Leylanın məhv olmuş yeniyetməliyindən və gələcəyindən danışılır. Leyla 16 yaşında böyük ümidlərlə yollandığı şəhərdə nələrə şahid olur, kimlərin hədəsinə məruz qalır, həm də sırf müsəlman və bosniyalı olduğuna görə......
Xalqa edilən hücum nəticəsində 60.000 qadın təcavüzə məruz qalıb. (11-80 yaş)
77.000-140.000, yaxud 200.000-400.000 arası bosniyalı mülki əhali qətlə yetirilib.
BU CİNAYƏT II DÜNYA MÜHARİBƏSİNDƏN SONRA AVROPADA ƏN BÖYÜK SOYQIRIMI SAYILIR.