Puan vermedi·448 syf.··
2025 4. kitabı
Kitab ən azı səsli ünsiyyət qədər önəmli olan jest və mimikalardan bəhs edir. Kitabı oxuduqda biz kiminsə yalan və ya doğru danışdığını, bizim haqqımızda fikirlərini, mövzuya uyğun bədən dilindən istifadə edə bilirmi onu öyrənəcəyik. Həmçinin, bu günəcən gündəlik ünsiyyətdə istifadə etdiyimiz ehtiyyac olan və ya əksinə heç lüzum olmayan jest və mimikaları öyrənmiş olacayıq. Nitqimizi daha da təsirli və inandırıcı etmək üçün hansı jestlərdən istifadə etməliyik? Dünyanın məşhur siyasətçilərinin spesifik bədən dili hərəkətləri və ən maraqlısı isə eyni jest və mimikaların dünyanın müxtəlif ölkələrində tamam fərqli mənaları kəsb etməsi kitabda geniş əks olunub. @pease.media şirkətinə sahib yazarlarımız bizim şəxsi inkişafımız üçün "Bədən dili" nə aid bütün vacib və bilməli olduğumuz məlumatları və faktları bir araya gətirib. Kitab 19 fəsil və 446 səhifədən ibarətdir. 446 səhifə çox gələ bilər amma hər səhifəsi o qədər maraqlı gələcək ki, kitabı necə bitirmənizdən xəbəriniz olmayacaq Kitab @ali_and_nino və @qanunpublishing də 15₼ əldə edə bilərsiniz.
Bədən DiliAllan Pease · Qanun Nəşriyyatı · 2016365 okunma
·
10 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.