Gulnara Khaled

Gulnara Khaled
@Gulnara_Khaled
10 okur puanı
Ekim 2025 tarihinde katıldı
Puan vermedi·1062 syf.··
2025 13. kitabı
Kitab bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın çətinliklərinə toxunur. Kitabı əlinizə alan kimi elə ilk sətirləri sizi kitabı oxumağa yönəldəcək " Bütün xöşbəxt ailələr
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,5bin okunma

Gulnara Khaled

, bir kitap okudu
Puan vermedi·1062 syf.··
2025 13. kitabı
Lev Tolstoy
8.5/10 · 55,5bin okunma
Puan vermedi·455 syf.··
2025 12. kitabı
Kitabın əsas mövzusu fərqli həyatlar yaşasalar da bir gün yolları kəsişən 2 qadından - Məryəm və Leyladan bəhs edilir. Məryəm 15 yaşında ikən 45 yaşında Rəşidlə məcbur evləndirilir. Məryəmin ən çətin həyatı da elə bundan sonra başlayır. Leylaya gəkdikdə isə o tam uşaqlıq həyatı yaşayarkən müharibə onun həyatını tamamilə dəyişir. O da 14 yaşı olanda Rəşidlə evlənir. Bu iki qadın əvvəl bir-birinə nifrət etsə də sonra əslində onların eyni taleli olması onları barışdırır və onlar bərabər mübarizə aparmağa başlayır. Məryəm Leylanı qızı kimi görür və onun bu çirkin həyatdan qurtulmasını istəyir. Kitab başdan - başa maraqla oxuyacağınız səhnələrlə doludur, inanın. Ümumiyyətlə, onu deyim ki, kitab oxumaq istəyib "Maraqlı kitab olsun, kitaba daha da həvəslənim" deyənlər üçün Xalid Hüseyni kitabları möhtəşəm başlanğıcdır. Kitabdan mənə maraqlı fikirləri sizlərlə bölüşürəm. " Adamlar öz sevgilərini əvvəlki uşaqlarına verirlərsə, sonrakı uşaq nəyinə gərəkdir onların?!" " Yadında saxla qızım, həmişə şimalı göstərən kompas kimi kişinin günahlandıran barmağı da mütləq bir qadını işarə verər"
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
Puan vermedi·344 syf.··
2025 11. kitabı
Müəllifin sayca 16-cı kitabıdır. Deyərdim ki, qismən aftobioqrafikdir. Bu romanda macera dolu romantika ilə komediyan bir araya gətirilib. Birinci romanındakı Polu bu romanda da izləyirik. Ancaq fərqli ampulada. Qısacası, təsəvvür edin ki, rəfiqəniz sizin yerinizə tanışlıq saytında qeydiyyatdan keçir, sizin əvəzinizə bir insanla tanış olur və sizi onunla görüşdürür. Reaksiyanız necə olar? Amma onu da deyim ki, o rəfiqənin sayəsində 2 insan bir-biri üçün yaradıldığını dərk edir. Pol yazıçılıqdan başını götürüb qaçan yazar, Mia isə problemlərdən başını götürüb qaçan aktrisa )) Bu kitabdakı gəlinən qənaət çox xoşuma gəldi: Şərt deyil ki, qadın və kişi bir - birinə yaraşa. İnsana geyim, ayaqqabı yaraşa bilər. Cütlük ola bilməsi üçün qadın və kişi bir-birini tamamlamalıdır. Bir-biri ilə dərdləşməli, gülməli, ağlamalı və qarşılıqlı anlaşma olmalıdır. Bir sözlə, oxumağıma peşman olmadım. Əksinə, qadın və kişi psixologiyasında, yaşayışında bilmədiyim bəzi nüansları öyrəndim. Xoş mütailələr!
Qadın & KişiMarc Levy · Qanun Nəşriyyatı · 2016188 okunma