Okeaniya adlı bir ölkədə hər şey qaydasında görünür amma bu qayda elə qurulub ki insanın nə düşünməsi nə hiss etməsi belə idarə olunur. “Böyük Qardaş səni izləyir” cümləsi kitab boyu elə bir atmosfer yaradır ki,oxuduqca insanın özü də izlənildiyini hiss edir.Əsərin əsas qəhrəmanı Smit mənə çox tanış gəldi. Hər şeyin səhv olduğunu bilib susan,amma,içində üsyan edən bir insandı. O,sistemə qarşı çıxmağa cəhd edir amma bunu gizlində,beynində,düşüncələrində edir.Onun bu daxili çəkişmələri,qorxusu bəzən ümidi,hamısı çox insani idi.Proletarların həyatına gəlincə onlar bəlkə də bu dünyanın ən azad insanları idi. Çünki heç kim onlara fikir vermirdi. Onlar sadəcə yaşayırdılar sistem üçün vacib sayılmırdılar,amma,elə bu səbəbdən də bir növ azad idilər.Smitin Culiyayla münasibətinə gələndə isə,onların sevgisi bir az da gizli üsyan kimiydi. Sadəcə iki insanın bir-birinə olan hissi yox həm də bizi insan edən şey hələ qalıb mesajı idi.Amma,bu sevgi də onların yaşadığı dünyada çox davam edə bilmədi.Sevgi Nazirliyində baş verənlər isə kitabın ən ağır hissəsi idi. Orada təkcə insanı cəzalandırmırlar onu sındırırlar,içindəki bütün müqaviməti silirlər. Və sonda Smit artıq öz istədiyi kimi düşünən biri olmur. Onu "düzəltdilər".O,son ümidini də itirəndən sonra sistemin istədiyi insana çevrildi.
1984 mənə bir şeyi çox açıq göstərdi,insanı məhv eləmək üçün onu öldürmək lazım deyil,sadəcə düşüncələrini əlindən almaq kifayətdir.Sənə öz dünyanı, düşüncələrini və azadlığını bir daha dəyərləndirməyi öyrədir.Fikrimcə,kitabı oxumağa dəyər.
1984George Orwell