Gönderi

Zona romanı haqqında fikirlərim
8/10
·212 syf.··
Beğendi
·
2025 20. kitabı
·
1 saatte okudu
·
Okunma: 29 Ekim 2025 21:07
Gənc yazarlar ittifaqında tanış olduğum, dəyərli Samir Turanın “Zona” romanını bitirdim. Fikrimcə Samir Turanın “Zona” romanı Azərbaycan fantastikasında yeni nəfəs, fərqli düşüncə axını gətirən əsərlərdəndir. Hər nə qədər bu janra yad olsamda bu əsər məni bu fikrə gətirdi. Çünki, yazıçı oxucunu adi bir məkan təsvirindən çıxararaq, sirli və qeyri-realist bir aləmə salır. Əsər zahirən kosmik və mistik hadisələrdən bəhs etsə də, mahiyyət etibarilə insanın ruhi labirintinə, onun qorxularına və varoluş mübarizəsinə enir.Roman klassik elmi-fantastik başlanğıcla açılır: qəhrəman yad, anlaşılmaz bir yerdə gözünü açır, kim olduğunu və necə gəldiyini bilmir. Tomi ilə bərabər oxucu da yaddaşsız, istiqamətsiz bir səyahətə çıxır. Bu, oxucuda dərhal maraq oyadır. Ardınca isə hadisələr sanki “Survivor” atmosferində davam edir: mağara, ocaq, qəribə təbiət hadisələri, fırtına, sükut, sirli qaydalar... Çevrə və Zona adlanan yerlər təkcə coğrafi məkan deyil, həm də insan şüurunun sərhədlərini təmsil edir. Burada hər şeyin öz qanunu var, xüsusilə də “sükut qanunu” – danışmağın cəzalandırıldığı, səssizliyin hökm sürdüyü bir dünya diqqətimi çəkdi. Məncə bizim dünyada da buna ehtiyac var) Tomi və onun dostu Nelson həyatla ölüm arasında, ağıl ilə qorxu arasında sıxışıb qalmış insanın iki tərəfini simvolizə edir. Onların mübarizəsi təkcə sağ qalmaq üçün deyil, həm də özlərini dərk etmək, öz “zonalarından” çıxmaq üçündür. Hər addımda dəyişən təbiət – gah meşə, gah səhra, gah da okean – insanın ruh halının dəyişkənliyini əks etdirir. Samir Turan bu romanda psixoloji gərginliyi və fəlsəfi dərinliyi ustalıqla birləşdirir. Qaranlıq, soyuq və sükut içində yaşayan qəhrəmanlar vasitəsilə yazıçı oxucunu düşündürür: bəzən ən qorxulu yer, əslində, insanın öz beynidir. Həyatın mənası, xilas yolunun haradan keçməsi, sükutun danışıqdan güclü olması kimi mövzular əsərin əsas fəlsəfi oxunuşunu təşkil edir. Romanın dili sadə, lakin təsirli və obrazlıdır. Xırda redaktə səhvlərini saymasaq, ciddi bir çatışmazlıq(redaktə ilə bağlı) hiss etdirmir. Müəllif hadisələri vizual və hissi şəkildə təqdim edir, oxucu sanki Tomi ilə birlikdə soyuğu hiss edir, fırtınanı eşidir, qaranlığı görür. Bu baxımdan əsərin atmosferi real olduğu qədər, bədii olaraq da güclüdür. “Zona” yalnız bir fantastik hekayə deyil, həm də insanın təkliyi, qorxusu və mövcudluq ağrısı haqqında bir etirafdır. Yazıçı oxucunu səssiz, amma dərin bir dialoqa dəvət edir: “Hər kəsin öz zonası var. Onun içində sükut hökm sürür, amma bəzən sükutdan daha gur səslər də gəlir.”. Bu roman Azərbaycan fantastikasında nadir rast gəlinən dərin psixoloji və fəlsəfi yönə malikdir, yerli ədəbiyyatda “Black Mirror” tipli əsərlərin ruhunu daşıyan orijinal nümunə kimi dəyərləndirilə bilər. Bundan başqa oxucu kimi bəzi çatışmazlıqlarıda qeyd etməliyəm( subyetiv fikirlərimdi). İlk olaraq dialoqlar və bəzi ifadələr çox təkrarlanır. Məsələn, Nelson və Tomi arasında eyni mimikalar eyni suallar və cavablar dövr edir. Fəlsəfi hissələrdə temp azalır sanki. Fikrimcə oxucu hadisədən çox düşüncəyə keçəndə romanın “axıcılığı” bir qədər pozulur. Psixoloji keçidlərdə sintaksis bəzən uzanır. Fikrimcə daha çox daxili gərginliyi vurğulamaq üçün cümlələr qısaldıla bilərdi. Və Sonluq- açıq buraxılıb, bu həm maraq doğurur, həm də oxucunu cavabsız buraxır. Ümumilikdə, nəticə etibarilə yenə onu qeyd edə bilərəm ki, “Zona” Azərbaycan müasir nəsrində həm janr, həm də ideya baxımından fərqli bir təcrübədir. Əsər oxucunu macəra ilə deyil, düşüncə ilə cəlb edir. Bu romanı oxuyan hər kəs, bir az Tomi kimi, öz içinin “çevrəsində” gözlərini açır və bəlkə də ilk dəfə “öz zonası” ilə üz-üzə gəlir. Samir Turana dərin təşəkkürlər! İlhamın(fantaziyanıza heyranam)) daim açıq, qələmin daim işıqlı olsun, Samir Turan! Yeni əsərlərin də bizi eyni dərəcədə bundanda çox düşündürsün, duyğulandırsın və heyrətləndirsin. #k:510927s Samir Turan
Alıntı
ZonaSamir Turan · Alfacin Neşriyyat · 202513 okunma
··
100 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Təşəkkür edirəm Ehtiram bəy.