·309 syf.··Beğendi
···Okunma: 28 Ekim 2025 11:00 Həyatın mənasızlığına qarşı fəlsəfi sığınacaq:
Alain de Botton "Fəlsəfənin təsəllisi"
Fəlsəfə oxumağa yeni başlayanlar üçün əla seçimdir bu kitab.
Yazıçı o qədər sadə və axıcı dillə yazıb ki, kitabı oxuyarkən qətiyyən sıxılmır insan.
Alain de Botton Dahi filosoflardan:
Sokrat, Epikür, Seneca, Monten, Shopenhaur və Nitşenin yaşam tərzləri və fikirlərini, öz fikirləri ilə harmanlayaraq gözəl bir kitab gətirib ərsəyə gətirib.
Hansı mövzuda təsəlliyə ehtiyacın vardır:
Toplum səni kənarlaşdırır o zaman Sokrata bax.
Deyirsən ki, pulum yoxdur heç nədən həzz almıram. O zaman həyatın məqsədi həzzdir ,yaxşı yaşamaqdır deyən Epikürün sadə yaşam tərzinə bax.
Özünü yetərsiz hiss edirsən o zaman Montenin məsləhətlərini dinlə.
Əgər səni qəzəb idarə edirsə o zaman oxu Seneca deyirdi ki:
Qəzəb ağılı müvəqqəti itirməkdir."
Həyat sənə amansız görünür, ürəyin ağrıyır o zaman dostum, Shopenhaur sənə güzgü tutacaq.
Həyat , yaşamaq sənə çox mənasız görünür oxu gör Nitşe nə deyirdi: " Həyatın mənası onu sevməkdədir."
Fəlsəfə hüzuru pozmur. Fəlsəfə bəzən ruhu sağaldar, bəzən də təsəlli də olar təbiki, anlayana.
Bu kitab bir fəlsəfə dərmanıdır, ruh həkimidir.
Bəzən sual verməkdən qətiyyən qorxma, çünki sual cavabın özündən daha dəyərli olur.
Özünü olduğun kimi qəbul et, bədənindən utanma, yalnız bu an özünü yetərli hiss edə bilərsən.
Bu həyatda xoşbəxtlik üçün çox şeyə ehtiyacın yoxdur, az şeylər ilə xoşbəxtlik də tapmaq mümkündür.
Həyatın qısalığından şikayət edirsən, amma boşuna da sərf edirsən zamanı.
Niyə ağrını inkar edirsən, niyə qəbul etmirsən acını, axı həyatda təkmilləşməyin bir yoluda acıdan keçir.
Lilith ifadə etmişkən( mən yox ha, bildiyimiz Şeytanın əksi olan Lilith):
Qəbullanan qadındır Tanrı.
Hərşey qəbullənməklə başlayır.
Həyatın acısını fəlsəfi bir toxunuşla sənətə çevir.
Allain de Botton da bizə bunu incə nüanslarla öyrədir.
Oxuduqca bir çoxunuz düşünürsünüz ki:
"Eh, Lilith xanım çox gözəl danışırsınız, amma siz birdə bizim həyatı yaşayın, bizim acımızı dadın."
Amma unutma dostum Nə baş verirsə versin, onu dərk etmək cəhdidir həyatım mənası.
Çünki dərk etmədiyin şey səni idarə edir, amma dərk etdiyin şey səni azad edir.
Nəticədə hərkəsin ağrısı, acısı özünə ağır, hərkəsin xoşbəxtliyi, sevinci özünə mükafatdır.