5/10
·417 syf.··
2025 23. kitabı
Pip səni sevə bilmədim çox təəssüf. Detektiv hekayələri sevirəm amma hər dəfə sənin nəyisə ortaya çıxardığını görəndən sonra məktəbə gedib dərs oxumağının lazım olduğunu görəndə işin bütün marağı itirdi mənim üçün. Hələ müəllimi şantaj etməyin, ondan məlumat almaq üçün özünü hamıdan üstün tutmağın, vaxtın hamının vaxtından daha dəyərlidir sənin çünki. Sənə ən yaxşı münasibəti elə Nat göstərirdi. Səni bu balaca qəsəbənin ədalət qoruyucusu kim təyin etdi? Bu hekayə isə Pipin dostu Connorun qardaşı Jamesin itməsi və Pipin onun harda olmasını axtarması haqqındadır. Connor, James və Ravi hekayəni maraqlı edirdi amma kitabda olan cliche-lər adamı çox yorurdu. Bəlkə də öncədən çox qərəzli yanaşmışam deyə fikrimi dəyişdirə bilmədim Pip haqqında. Düşünürəm yeniyətmələr üçün daha maraqlı kitab olardı. Baş qəhrəmanın onlardan biri olmasını görmək.
Good Girl, Bad BloodHolly Jackson · Electric Monkey · 20201,750 okunma
·
20 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.