Zona
7/10
·212 syf.··
Beğendi
·
2025 5. kitabı
Kitab haqqında danışmazdan öncə qeyd edim ki, heç vaxt fantastik və qorxu (dava döyüş tipli) roman oxumamışam. Bəlkə də Gənc Yazarlar İttifaqına qoşulub həmkarlarımın yazdığı kitabları oxumalı olmasa idim həyatım boyunca da oxumağı düşünməyəcəkdim. İlk təcrübəmi,dəyərli həmkarım Samir Turanın Zona adlı fantastik romanı ilə etdim. Fantastik qorxu adrenalin yaşamaq istəyən hər kəsə tövsiyyə edirəm. Janrı -Roma. Tipi fantastikdir, bir az da qorxu romanı demək olar. Sujet xətti ilə başlayaq: 1)Ekspozisiya (giriş) - Giriş hissədə artıq sirli bir yerə düşən qəhrəman gördükdə,suallar yaranır; bura haradır? Niyə bura məhz o seçilib? 2)Zavyazka (düyün) - kitab demək olar düyünlər ilə dolu idi. Oxuduqca düşünürdüm? Niyə zona tez-tez dəyişir? Niyə gecə və gündüz normal deyil? Niyə bu insanlar burdadır? Burdan qurtuluşun yolu varmı? Hansı yolla geri dönəcəklər? Tomi çıxış yolunu tapacaqmı? Kuliminasiya (pik hədd) - mənim üçün pik hədd - Piyunun çevrəyə keçməsi və zonanın dəyişməsinə rəğmən hələ də zonada qalması idi. Axı biz zona dəyişəndə başqa iqlim,başqa coğrafi təbəqə,başqa landşaft, başqa ab-hava görürdük? Tək eyni olan sükut qanunu idi.Və çevrə başından bəri təhlükəsiz idi. Ta ki Piyu gələnə qədər. Razvyazka (düyünün açılması)- bu hissə üçün çox da yazmalı bir şey tapa bilmədim, çünki zona hələ də sirli idi mənim üçün. Mən bilə bilmədim oraya niyə məhz onlar düşüb. Mən düşünürdüm ki yəqin ki insanlar bura hansısa qanunauyğunluq ilə seçilir (öncə valideynini itirən insanlar kimsəsizlər seçilir sandım,amma Nelsonun qardaşı,Aqustinin ailəsi qızı vardı), Burdan qurtulmaq üçün hansısa yol olacaq sanırdım. Final (son) - sonuna baxdıqda əslində mən bu romanı novella adlandırardım. Çünki heç belə son gözləmirdim. Artıq 145ci səhifəyə çatanda "necə yeni kitab bitmək üzrədir,sirlər açılmayacaqmı?" dediyimi xatırlayıram. Amma kitabın sonu çox üzdü. Onsuzda Nelson həyatda bir gün görməmişdi,belə əzab-əziyyətlə ölməsi üzücü oldu. Ən sonda ən başa dönmək artıq:- "Bu Novelladır" -dedirtdi. Kitabda ən sevdiyim hissə: mənəvi dəyərlərin,dostluğun , sədaqətin vurğulanması, bəzi duyğularını geniş açıqlanması, bir sıra elmi məlumatların verilməsi, obrazların azlığı və adların yadda qalan və asan oxunan olması, kitabın üz qabığının sujet xəttinə uyğun olması. Tək bəyənmədiyim isə sirlərin açılmaması və onların ordan çıxa bilməməsi. Həmkarıma uğurlar arzu edirəm.
ZonaSamir Turan · Alfacin Neşriyyat · 202513 okunma
··
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.