Kölgə

Kölgə
@Kolgeden_inciler
Ölənlə Ölünmür - romanının və QələmimdəSƏN - şeir kitabının müəllifi. İllərdi yazdığım şeirləri və fikirlərimi (Esse şəklində) "QələmimdəSən" kitabımda birləşdirmişəm. Roman real həyatdan yazılıb.
Yazar
Ali. SDU
Gəncə
Azərbaycan Tovuz
8 okur puanı
Temmuz 2024 tarihinde katıldı

Kölgə

, bir kitap okudu
10/10
·156 syf.·
Beğendi
·
2026 2. kitabı
Kölgə
8.3/10 · 5 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
"Vətən Sahibi"
10/10
·154 syf.··
Beğendi
·
2026 1. kitabı
Dəyərli həmkarım, Nuray Rəşidin şəhid Sahib Məmmədova həsr etdiyi "Vətən Sahibi" kitabı haqqında danışmaq mənim üçün olduqca çətindir. Kitabı oxuyarkən duyğulanmamaq, ağlamamaq əldə deyildi. Kitaba heç cür tənqidi yanaşmaq mümkün deyil. Kitab gözlədiyimdən artıq idi mənim üçün. Çünki ilk başda Şəhidə aid olduğunu düşünəndə, məlumat xarakterli olacağını sanmışdım. Amma bu kitab çox duyğu dolu kitabdır. Bu cür yazarlar çox olmalıdır. Bu cür əsərlər yazılmalıdır. O ailəni dinləyib yazmaq ürək tələb edir. Onun bütün dostlarını, qohumlarını, döyüş yoldaşlarını araşdırıb tapmaq, dinləmək çox böyük işdir. Bir şeyi səmimi olaraq qeyd etmək istəyirəm ki, bir yazar olaraq öz həmkarıma qibtə etdim. Çünki mənim də 44günlük müharibə zamanı ailəmdən itirdiyim şəhidim var. Amma dərininə enib yazmağa ürəyim yetmir. Çox ağırdır mənim üçün. 5ildir ağlımdadır amma hələ cəsarət edə bilmirəm. Ona görə də müəllifə alqış düşür. Onu bu təşəbbüsünə görə alqışlayıram. Əhsən. Qələminə, ürəyinə sağlıq deyirəm. Bu yolda uğurlar arzulayıram. Şəhidin ailəsinə yaxınlarına Allahdan səbr diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət etsin.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
7/10
·192 syf.··
Beğendi
·
2025 8. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Kasım 2025 03:18
Bu səfər həmkarım, Gənc Yazarlar İttifaqının üzvü olan - Fərid Məhərrəmlinin 'Setralı" kitabı ilə qarşınızdayam. Fantastika, qorxu,dava-döyüş,tarixi roman sevənlərin kitabıdır. İlk öncə qeyd edim ki əsər triologiyadir. 2-3 yaxın zamanda çıxacaq. Süjet xətti ilə başlayaq: Ekspozisiya (giriş) - Qeyd edim ki giriş mənim üçün çox qarışıq başlamışdı ta ki aşağıda verilmiş şəkilli izahı görənə qədər. Ondan sonra biraz aydınlaşdı. Zavyazka (düyün) - kitabda maraq doğurucu hadisələr var idi. Necə olacaq dediyin hadisələr var idi, amma yenə də Razvyazka hissədə açılacağını gözlədiyim hadisələr deyildi. Kuliminasiya (pik hədd)- mənə görə kitabın pik həddi Kladiusun vəd olunmuş olmasına inanmayıb onu öldürmək istədiklərində cəhdlərinin boşa çıxması idi. Razvyazka (düyünün açılması) - mənə qaranlıq qalan bir iki nüans hələ də qalır. Məsələn Zena niyə gəlmişdi? Sonu necə oldu? Niyə Jelkosek Jinjağ və Zenanın yeri bəlli olmadı,sağ olub olmamaqları bilinmədi. Rastın əsl niyəti nə idi? Fagıl öldümü? İzbemin mövqeyi sonda nə oldu? Onu da inşallah Setralı-2 çıxdıqda öyrənirik. Final (son) - Finalı gözlədiyim kimi oldu. İnşallah ikinci hissədə yuxarıdakı suallar da aydın olacaq. Kitabda bəyəndiklərim: Yaradana inanan hər insanın nə qədər qaranlıq insan da olsa bağışlana biləcəyinin,içində ki yaxşı insanın üzə çıxması üçün heç vaxt gec olmamasının vurğulanması; Qaranlıq dünya ilə işıqlı dünya arasındakı fərqdən bəhs olunması; Qəddar bir insanın necə Yaradana sığınıb qaranlıqdan qurtulması və.s Kitabda olan bəzi qüsurlar var idi o da kitabı oxumağa əngəl deyil. Həmkarıma uğurlar arzu edirəm
SetralıFərid Məhərrəmli · Alfacin Nəşriyyatı · 20244 okunma
Zona
7/10
·212 syf.··
Beğendi
·
2025 5. kitabı
Kitab haqqında danışmazdan öncə qeyd edim ki, heç vaxt fantastik və qorxu (dava döyüş tipli) roman oxumamışam. Bəlkə də Gənc Yazarlar İttifaqına qoşulub həmkarlarımın yazdığı kitabları oxumalı olmasa idim həyatım boyunca da oxumağı düşünməyəcəkdim. İlk təcrübəmi,dəyərli həmkarım Samir Turanın Zona adlı fantastik romanı ilə etdim. Fantastik qorxu adrenalin yaşamaq istəyən hər kəsə tövsiyyə edirəm. Janrı -Roma. Tipi fantastikdir, bir az da qorxu romanı demək olar. Sujet xətti ilə başlayaq: 1)Ekspozisiya (giriş) - Giriş hissədə artıq sirli bir yerə düşən qəhrəman gördükdə,suallar yaranır; bura haradır? Niyə bura məhz o seçilib? 2)Zavyazka (düyün) - kitab demək olar düyünlər ilə dolu idi. Oxuduqca düşünürdüm? Niyə zona tez-tez dəyişir? Niyə gecə və gündüz normal deyil? Niyə bu insanlar burdadır? Burdan qurtuluşun yolu varmı? Hansı yolla geri dönəcəklər? Tomi çıxış yolunu tapacaqmı? Kuliminasiya (pik hədd) - mənim üçün pik hədd - Piyunun çevrəyə keçməsi və zonanın dəyişməsinə rəğmən hələ də zonada qalması idi. Axı biz zona dəyişəndə başqa iqlim,başqa coğrafi təbəqə,başqa landşaft, başqa ab-hava görürdük? Tək eyni olan sükut qanunu idi.Və çevrə başından bəri təhlükəsiz idi. Ta ki Piyu gələnə qədər. Razvyazka (düyünün açılması)- bu hissə üçün çox da yazmalı bir şey tapa bilmədim, çünki zona hələ də sirli idi mənim üçün. Mən bilə bilmədim oraya niyə məhz onlar düşüb. Mən düşünürdüm ki yəqin ki insanlar bura hansısa qanunauyğunluq ilə seçilir (öncə valideynini itirən insanlar kimsəsizlər seçilir sandım,amma Nelsonun qardaşı,Aqustinin ailəsi qızı vardı), Burdan qurtulmaq üçün hansısa yol olacaq sanırdım. Final (son) - sonuna baxdıqda əslində mən bu romanı novella adlandırardım. Çünki heç belə son gözləmirdim. Artıq 145ci səhifəyə çatanda "necə yeni kitab bitmək
ZonaSamir Turan · Alfacin Neşriyyat · 202513 okunma