9/10
·200 syf.··
Beğendi
·
2025 17. kitabı
·
8 günde okudu
·
Okunma: 04 Kasım 2025 10:00
Moskvalı polis zabiti Viktor İvanov rəisi ilə mübahisə etdikdən sonra cəza kimi ölkənin ən ucqar və sərt yerlərindən birinə — Vorkuta şəhərinə göndərilir. Bu şəhər donmuş, kədərli və tənha bir mədən bölgəsidir. Viktor burada işləməyə başladığı ilk günlərdə varlı bir şəxs – Vladimir Volonin – müəmmalı şəkildə öldürülür. Araşdırma zamanı məlum olur ki, bu, təsadüfi cinayət deyil. Viktor hadisələri araşdırdıqca şəhərdə gizli bir sistemin, köhnə günahların və şəxsi intiqamın izlərinə rast gəlir. O, həmkarı Pavel Mixaylov ilə birlikdə işləsə də, zaman keçdikcə kimə inanacağını belə bilmir. Sonda Viktor anlayır ki, onun Vorkutaya göndərilməsi təsadüf deyil — bu hadisələrin arxasında duran səbəblər onun öz keçmişi və sistemin qaranlıq tərəfi ilə bağlıdır.
1000Kitap
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 202326 okunma
·
20 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.