Gönderi

Abartılması gereken bir klasik
10/10
·543 syf.··
2025 17. kitabı
·
11 günde okudu
·
Okunma: 04 Kasım 2025 00:00
Səni heç vaxt unutmayacam Tess... Kitabı çox sevdim, sevərək oxudum. Hekayə, obrazlar, gedişat mənə çox təsir etdi. O qədər axıcı yazılmışdıki, oxumağıma mane olacaq faktorlar olmasaydı əslində bir günə bitirə bilərdim. Altından xətt çəkdiyim, dözməyib hislərimi fikirlərimi səhifə kənarına yazdığım yerləri çox oldu. Kitabı normadan artıq işarətləyib postitlədim. Kədərli idi, ürəyim bu haqsızlıqlara, cəmiyyət qınağına dözmürdü. Kitabdaki ən xoşbəxt olmağı hakedən insan Tess idi amma o lənətlənmişcəsinə dayanmadan pis hadisələr yaşayırdı. Kitab boyunca ümidim var idi ki, hər şey yaxşı olacaq. Alec çox flörtöz davranırdı oxucu olaraq mən bilə etkileniirdim amma şüphə var idi ürəyimdəki nə isə olacaq güvənmək olmurdu o adama. Sonra Angel Clare... Ona güvənmişdim. Düşünmürdüm, gözləmirdim və gözləmədiyim şeyləri etdi. Angel Clare'də, Alec də sonradan peşman olub ağıllanırlar amma nə çarə? İkisidə mənim saf və gözəl Tess'imə layiq deyildilər. Tess'i sonlara doğru əsəbləşib aptal deyə qınayırdım artıq ki kaş ilk başda olan hadisədə qürurunu bir kənara qoyub gələcəyini düşünüb Alec ilə evlənsəydi, ən azından başına gəlmiş pis hadisə eləcə bağlanıb bitərdi və həyatına davam edərdi. Amma o qürurlu idi həddindən artıq. Və bu qürur onun sonu oldu. O qədər zülmlər yaşadı, o qədər qəlbi qırıldı, o qədər qorxulu günlər keçirdiki Tess. Çarəsiz zəif qız halı ilə o qədər ağır işlərə qatlandı, səbr etdiki... Ordan ora sürükləndi, evsiz yuvasız qaldı, kimsəsiz. Sığına biləcəyi kimsəsi yox idi artıq onun. Tək güvəndiyi sevdiyi adam da onu üzüstü qoyub getdi. Trajik hekayə bununla bitir deyə düşünərkən o son hadisələr və final... mənim bütün ümidlərimi öldürdü. Əsla unutmayacağım bir roman oldu. Əsl həyat dərsi idi. Thomas Hardy'nin en önemli eserlerinden biri olan Tess, 19. Yüzyıl İngiltere'sinde alt sınıftan bir aileye mensup saf ve güzel bir kızın trajik öyküsünü toplumsal yargıların gölgesinde ele alıyor.
TessThomas Hardy · Koridor Yayıncılık · 20212,160 okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.