Gönderi

Puan vermedi·96 syf.··
2025 21. kitabı
·
4 günde okudu
·
Okunma: 05 Kasım 2025 16:58
Necə həyəcanlı bir sonluq , daha doğrusu sonun başlanğıcı idi..... . Kitab Səlim adlı şəxsin polis bölməsindəki sorğusu ilə başlayır Dindirilmə zamanı baş verənləri Səlimin xatırlamaları ilə anlamağa çalışırıq. Hər şey nağıl kimi başlamışdı. Axı hər nağılın bir qəhrəmanı bir də köməyə ehtiyacı olan bir qızcığazı olur. Yeni bir sevgi hekayəsi oxuyacağımı fikirləşirdim ki, hadisələrin sonrakı gedişatı məndə ürək qoymadı.... . Yenə o ağrını hiss edirəm. Yenə o hiss qəlbimdə başlayıb bütün damarlarımda şaxələnərək qəribə bir ağrıya təslim etdi ruhumu..... yenə o boşluq.... Gülərin yaşadığı ağrı..... Səlimin bəzən istəyərək, bəzən istəməyərək etdiyi səhvlər..... . Qəhrəman olmaq bəzən geridə dayanmaq idi..... Kaş geridə dayanmağı seçərdi.... Hər halda yeni səhifələrdəki yeni ümidlərə bağlamışam qəlbimi.... amma yaşananları necə unutmaq olar ki. .....?! . Yeni səhifələr bəlkə də yeni qəhrəmanlıq hekayələri ilə yazılacaq , ya da........... . Yazıçımızın ilk kitabı idi . Möhtəşəm yazılmış ilk əsər.... ardı varmış.........inşallah ki oxuyarıq....... oxuyanlara xoş mütaliələr....
1000Kitap
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202548 okunma
··
179 Gösterim
2 Yorum
UlkerizmUlkerizm təşəkkür edirəm vaxt ayırıb oxuduğunuz və belə gözəl səmimi təhlil etdiyiniz üçün. İkinci hissədə əsl "qəhrəman"ın axtarışında görüşmək ümidi ilə🙏🏼
Yenə nələr yazmısan )) İkinci kitabıda oxu mütləq🥲
Ulkerizm
Gönderi Sahibi
Mütleq💜
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.